Ekspert: Ukraynanın mülki obyektlərinə hücumlar müharibənin taleyinə təsir etməyəcək
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Təəssüf ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə davam edir. Nəticədə mülki obyektlər və infrastruktur da hədəfə alınır. Hazırda qış fəslidir, soyuqlar düşüb. Rusiya hərbi-siyasi rəhbərliyi düşünür ki, Ukraynada mülki obyektləri, enerji infrastrukturlarını və əhalini hədəfə almaqla müharibənin gedişinə təsir göstərə və məqsədinə çata bilər. Şübhəsiz ki, mülki və ictimai strukturlara hücumların müəyyən nəticələri olur, lakin ümumilikdə bu cür qəddar addımlar müharibənin taleyini həll etmir”.
Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə Rusiyanın son günlər Ukraynaya qarşı həyata keçirdiyi intensiv hücumları şərh edərkən deyib.
A. İsazadə II Dünya müharibəsi dövrünə də toxunub: “Vaxtilə II Reyxin aviasiyası Londonu bombalayırdı. Eyni zamanda Kral Hərbi Hava Qüvvələri Berlin və Hamburqa zərbələr endirirdi. Sovet ordusu da hücumlardan əvvəl həmin şəhərləri bombardman edirdi. Lakin bütün bunlar müharibənin nəticəsinə həlledici təsir göstərmirdi”.
Onun sözlərinə görə, Ukrayna hərbi baxımdan zəif mövqedə olsa da, xalqın və ordunun iradəsi hesabına müqavimət göstərir, müharibə aparır və təslim olmur.
“Hazırda Ukrayna ordusu imkanları daxilində döyüşür, ərazilərini müdafiə edir. Son bir il ərzində Rusiya ordusu ciddi ərazi qazancları əldə edə bilməyib. Bir kəndin ələ keçirilməsi belə böyük təbliğat kampaniyasına çevrilir. İtkilər çoxdur, amma Ukrayna xalqının və ordusunun iradəsini qırmaq mümkün olmayıb. Məhz buna görə də müharibə davam edir və onun tezliklə bitəcəyini gözləmirəm”, - deyə İsazadə bildirib.
Ekspert əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi müddətinə görə SSRİ-Almaniya müharibəsini geridə qoymaq üzrədir:
“Həmin dövrdə Sovet ordusu artıq Berlinə çatmışdı, amma Rusiya bu gün Donbas bölgəsini belə tam nəzarətə götürə bilməyib. Bu baxımdan Rusiya qarşıya qoyduğu məqsədlərə çata bilməyib. Bununla belə, Ukraynanın mülki obyektlərinə və ictimai əhəmiyyətli infrastruktura endirilən zərbələr tarixdə qalacaq”.
A. İsazadə Rusiyanın Ukraynanı “Oreşnik” raketi ilə vurması məsələsinə də münasibət bildirib:
“Bəli, bu raketdən istifadə olunub, lakin bu daha çox rus təbliğatının bir hissəsidir. Əvvəla, nəzərə almaq lazımdır ki, bu ballistik raketə klassik partlayıcı maddə yerləşdirmək mümkün deyil. Çünki raket yüksək sürətlə uçur və güclü istilik yaranır. Əgər ona partlayıcı maddə yüklənsə, havada partlayar. Buna görə də raketin içərisinə metal qırıqları doldurularaq hədəfə yönəldilir. Şübhəsiz ki, bu zərbə Ukraynaya ziyan vurur, lakin onun dağıdıcı gücü və partlama effekti Rusiyanın təqdim etdiyi qədər deyil”.
Ekspert qeyd edib ki, hazırda müharibəni dayandırmaq və ya atəşkəsə nail olmaq üçün real danışıqlar aparılmır:
“Əslində danışıqlar ABŞ-Ukrayna və Ukrayna-Avropa Birliyi arasında gedir. Bu müzakirələr müharibədən sonrakı mərhələyə və Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinə aiddir. Hazırda atəşkəs və ya müharibədə fasilə məsələsi gündəmdə deyil”.
Nemət ORUCOV
Reyting.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 Yanvar 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















