Icma.az
close
up
RU
Günəş enerjisinin istehsalı 6 dəfə artıb

Günəş enerjisinin istehsalı 6 dəfə artıb

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi


Azərbaycan 2030-cu ilədək ümumi istehlakın 30 faizini “yaşıl enerji” hesabına ödəmək niyyətindədir


“Yaşıl” enerjiyə keçid ölkəmizin dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İşğaldan azad edilmiş ərazilərdə də bərpa olunan enerji mənbələrindən istifadə edilərək, dayanıqlı enerji istehsalına yönələn genişmiqyaslı layihələr həyata keçirilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunan “yaşıl” texnologiyaların üstünlüklərindən danışan mütəxəssislər də qeyd edir ki, 

hazırda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri və digər istiqamətlərdə işlər davam etdirilir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru “yaşıl” enerji zonası elan edib. Dövlət başçısının 2021-ci ildə imzaladığı müvafiq sərəncamla işğalçıdan azad olunan ərazilərin bərpası üzrə Konsepsiya hazırlanıb. 

Eyni zamanda, Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl” enerji zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib. Ötən müddətdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının gerçəkləşdirilməsi, enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi, elektrik nəqliyyat vasitələrindən istifadə üçün infrastrukturun qurulması, tikililərin damlarında bərpa olunan enerji qurğularının yerləşdirilməsi, xüsusən günəş panellərinin quraşdırılması, həmçinin küçələrin və yolların LED lampaları ilə işıqlandırılması kimi “yaşıl” həllərin tətbiqi istiqamətində genişmiqyaslı işlər görülüb.

“AzərEnerji” ASC-dən verilən məlumata görə, 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda 550 milyon kVts “yaşıl enerji” istehsal edilib. 

2024-cü ilin 12 ayında Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” tərəfindən 550 milyon kilovat saatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. Həmin 550 milyon kilovat saat enerjinin üçdə biri, yəni 200 milyon kilovat saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə Respublika enerji sisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə, 120 milyon kub metr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Qeyd edək ki, təkcə 2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonunda son dörd ildə “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 MVt-lıq “Yuxarı Vəng”, 4,3 MVt-lıq “Zar”, Laçın rayonunda 2,8 MVt-lıq “Zabux”, 4,6 MVt-lıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib.

Bununla da, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığının icrası üzrə işlər ardıcıllıqla görülməkdədir. Belə ki, 4 il ərzində 270 MVt gücündə 32 su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur.

İqtisadçı Fuad İbrahimov "Sherg.az"a bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji potensialının gerçəkləşməsini bu ərazilərin əlverişli coğrafi şəraiti və iqlim xüsusiyyətləri, həmçinin “yaşıl” enerji mənbələrindən, o cümlədən günəş, külək və su resurslarından geniş istifadəyə münbit zəmin şərtləndirir. Prezident İlham Əliyev işğalçıdan təmizlənən torpaqların bərpaolunan zəngin enerji potensialını nəzərə alaraq o əraziləri “yaşıl” enerji zonası elan etməsi də məhz həmin amillə bağlıdır.

Qeyd edim ki, Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da Qarabağ və Şərqi Zəngəzurda “yaşıl” enerji layihələrinin həyata keçirilməsinə mühüm önəm verilib. Dövlətimizin başçısı tərəfindən bu məqsədin gerçəkləşməsi üçün 2021-ci il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl” enerji zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam da imzalanıb.

Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. Artıq həmin potensialın hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir, aparılan bərpa-quruculuq işlərində “yaşıl” texnologiyaların tətbiqinə üstünlük verilir.

Geridə qoyduğumuz 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçirilən COP29  Azərbaycanın yaşıl enerji siyasətinə verdiyi dəyərin bariz nümunəsi idi.

Azərbaycan bu missiyanı (COP29) yerinə yetirərkən tək özünü yox, çoxsaylı ölkələrin ekoloji təhlükəsizliyini qorumaq, çıxış yollarını tapmaq üçün mərkəz rolunu oynadı.

Azərbaycanın “yaşıl zona”nın yaradılmasını dəstəkləyən ölkələrdən olduğunu diqqətə çatdıran ekspert qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə işlər davam etdirilir: “Digər bölgələrimizdə də alternativ mənbələrdən əldə edilən enerji istehlakının artırılması prioritet olaraq qalır. Azərbaycan bütövlükdə ətraf mühitin qorunması və “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi istiqamətində mövqelərini daha da möhkəmləndirəcək.

Statistikadan da göründüyü kimi, ötən il Azərbaycanda günəş enerjisinin istehsalı 6 dəfə artıb və 550 milyon kVts-dən artıq günəş enerjisi istehsal olunub. Bərpa olunan mənbələrdən enerji istehsalında artımlar var. Bu artımlar Azərbaycan üçün 2030-cu il hədəflərinə nail olunması baxımdan vacibdir. Yəni Azərbaycan 2030-cu ilədək ümumi istehlakın 30 faizini “yaşıl enerji” hesabına ödəmək niyyətindədir”.  

İqtisadçı qeyd edib ki, digər tərəfdən bu, Azərbaycan üçün “yaşıl enerji” ixrac imkanları deməkdir: “2027-ci ildən Azərbaycanın Avropa İttifaqı ölkələrinə öz “yaşıl enerji”sini çıxaracağı gözlənilir. “Yaşıl enerji” ixracının artması Azərbaycan üçün ixracın şaxələndirilməsi və enerji ixracının strukturunun keyfiyyətcə dəyişməsi baxımından vacib bir addımdır”.

Ekspertin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda sadəcə günəş yox, eləcə də külək enerjisini istehsal etmək mümkündür:

 “Çünki regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialı hesablanacaq.

Bunlardan əlavə, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Yanvar 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see437

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see215

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see199

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see198

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see183

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see181

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see180

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see176

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see175

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see175

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see174

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see173

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see171

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see170

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see168

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see165

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see165

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see162

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see161

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri