“Günəş” şadlıq sarayında 91 nəfər zəhərlənib Yenilənib
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Dünən saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub.
Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də araşdırma aparılır.
***09:12
Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.
Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 50 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.
Məlumata görə, müraciət edənlərin sayının artacağı istisna edilmir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Bakıda tanınmış şadlıq sarayında 25 nəfər zəhərlənib
19 Aprel 2025 09:26
"Venesiya" şadlıq sarayında 32 nəfər zəhərlənib Araşdırmalara başlanıldı
19 Aprel 2025 11:37
Şadlıq sarayında ÖLÜM
12 Aprel 2026 17:03
Venesiya şadlıq sarayında zəhərlənənlərin sayı 50 ni keçdi YENİLƏNİB
19 Aprel 2025 13:05
Şadlıq sarayında yanğın oldu
06 Sentyabr 2025 09:00
Baxış sayı:160
Bu xəbər 01 Oktyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















