İnformatikanın imtahana salınması şagirdlərin xeyrinə olar
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
IX və XI siniflər üzrə buraxılış imtahanlarına informatika fənninin əlavə edilməsi məsələsi yenidən gündəmə gəlib.
Modern.az xəbər verir ki, Elmin Nuri AzEdu.az-a açıqlamasında informatika fənninin buraxılış imtahanlarına daxil edilməsinin tərəfdarı olduğunu bildirib.
O qeyd edib ki, hazırda şagirdlər buraxılış imtahanlarında ana dili, riyaziyyat və xarici dil olmaqla üç fənn üzrə biliklərini nümayiş etdirirlər:
“İnformatika fənninin tədrisi, alqoritmik düşüncə tərzinin və proqramlaşdırma təfəkkürünün formalaşdırılması şagirdlərin birbaşa xeyrinədir. Şərt deyil ki, həmin şəxs gələcəkdə İT mütəxəssisi və ya proqramçı olsun. İnformatika yaxşı mənimsənildikdə alqoritmik düşüncə tərzi hər zaman onunla olacaq. Məhz bu detallara görə şəxsən mən istərdim ki, informatika fənni buraxılış imtahanlarına salınsın”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 26 Noyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















