Qaraciyər xəstələri qışda necə qidalanmalıdır? HƏKİM DANIŞDI
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qış aylarında soyuq hava və fiziki aktivliyin azalması qidalanma vərdişlərinə də təsir edir. Xüsusilə xroniki qaraciyər xəstəliklərindən əziyyət çəkən şəxslər bu dövrdə qida və maye qəbuluna daha diqqətlə yanaşmalıdırlar. Bəs qaraciyər xəstələri qışda hansı qidalardan uzaq durmalı, sağlamlıqlarını qorumaq üçün nələrə diqqət etməlidirlər?
Terapevt-hepatoloq Sevinc Abasova mövzu ilə bağlı fikirlərini SİA ilə bölüşüb.
O bildirib ki, ümumiyyətlə, xroniki qaraciyər xəstəlikləri olan insanlar ilin fəslindən və ayından asılı olmayaraq qidalanmalarına daim riayət etməlidirlər:
“Çox yağlı və duzlu qidalardan uzaq durmalı, maye qəbuluna nəzarət etməlidirlər. Gündə ən azı bir litr maye qəbul etmək tövsiyə olunur. Lakin bəzi xəstələr, məsələn, qaraciyər sirrozu olanlar üçün maye qəbulu gündə 1,5 litrdən artıq olmamalıdır.
Qış aylarında da bu xəstələr ilk növbədə özlərini soyuqdan qorumalıdırlar. Digər tərəfdən, qışda fiziki aktivlik azaldığından yağlı qidalardan mümkün qədər uzaq durmalı, meyvə və tərəvəzlərə, xüsusilə ev şəraitində olan meyvə-tərəvəzlərə üstünlük verməlidirlər”.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 26 Noyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















