Icma.az
close
up
RU
Günəşin 4 yeni fotoşəkli yayımlandı

Günəşin 4 yeni fotoşəkli yayımlandı

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Kosmik Agentliyinin (ESA) “Solar Orbiter” missiyası tərəfindən əldə edilən Günəşin 4 yeni fotoşəkli yayımlanıb

Avropa Kosmik Agentliyinin (ESA) “Solar Orbiter” missiyası tərəfindən əldə edilən Günəşin 4 yeni fotoşəkli yayımlanıb. Agentliyin saytı xəbər verir ki, ESA-nın rəhbərlik etdiyi “Solar Orbiter” missiyası qabaqcıl təsvir alətlərindən istifadə edərək Günəşi öyrənir. Onların arasında Polarimetrik və Helioseysmik Imager (PHI) təkcə görünən işıqlı şəkilləri çəkmir, həm də maqnit sahəsinin istiqamətlərini ölçür, habelə Günəş səthinin müxtəlif hissələrinin hərəkətini və sürətini izləyir. Daha sonra bu məlumatlar “Extreme Ultraviolet Imager” (EUI) tərəfindən həmin gün çəkilmiş Günəş tacının şəkli ilə müqayisə oluna bilər. SİA-nın məlumatına görə, EUI Günəşi ultrabənövşəyi işıqda təsvir edir.

Şəkillər “Solar Orbiter” Günəşə 74 milyon kilometr məsafədə olarkən çəkilib və onun səthini örtmək üçün çoxlu yüksəkkeyfiyyətli çəkiliş tələb olunur. Kosmik gəmi Günəşin üzünün hər bir hissəsi çəkilənə qədər əyilib və onun ətrafında fırlanıb. Burada təqdim olunan tam disk şəkillərini əldə etmək üçün bütün təsvirlər mozaika kimi bir-birinə yapışdırılıb. PHİ və EUİ mozaikası dörd saatdan çox müddət ərzində çəkilib və hər biri 25 təsvirdən ibarətdir.

PHİ-nin təfərrüatlı təsviri Günəşin səthini daim hərəkətdə olan və 4500–6000 dərəcə Selsidə onun radiasiyasının böyük hissəsini yayan parlayan plazma kimi göstərir. Aşağıda konveksiya zonası plazmanı qarışdıraraq səthə dənəli görünüş verir. Onun altında isti, sıx plazma Yer mantiyasındakı maqmadan fərqli olaraq, Günəşin “konveksiya zonasında” fırlanır. Bu hərəkət nəticəsində Günəşin səthi dənəli görünüş alır. PHİ-nin maqnit xəritəsi və ya “maqnitoqram” Günəş ləkələrini - səthin qaranlıq ləkələr kimi görünən daha soyuq sahələrini göstərir. Bu xəritədə Günəşin maqnit sahəsinin ətraf ərazilərdə cəmləşərək ya xaricə, ya da içəriyə (mavi) hərəkət etdiyi görünür.

Günəş səthində materialın hərəkət sürəti və istiqaməti PHİ-nin sürət xəritəsində görünə bilər ki, bu da “taxoqramma” olaraq bilinir: kosmik gəmiyə doğru hərəkət üçün mavi və uzaqlaşma üçün qırmızı rənglərdən ibarətdir. Plazmanın Günəşin fırlanmasını izlədiyi halda, onun Günəş ləkələri ətrafında xaricə doğru itələndiyini göstərilir.

Nəhayət, EUİ-nin Günəş tacının təsviri fotosferin üzərində baş verənləri göstərir: milyon dərəcəli plazma maqnit sahəsi xətlərinin ardınca aktiv Günəş ləkələrinin üzərində uzanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Noyabr 2024 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri