Güney Azərbaycanda İlham Əliyevin və Ərdoğanın posterlərini divarlara yapışdırdılar FOTO
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan və Türkiyəyə qarşı ən təxribatçı və çirkin açıqlamaları illərdir Ərdəbilin imam cüməsinə söylədirlər. Ali dini liderin Ərdəbildəki nümayəndəsi müxtəlif toplantılarda çıxışlar edir, açıqlamalar verir, yəni idman dili ilə desək daima “formadadır”. Bəs görəsən Təbrizin imam cüməsi necə Ərdəbildəki həmkarı kimi düşünür?
News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, kiçik araşdırma aparıb və məlum olub ki, o da rəhbərindən aldığı tapşırıqları canla-başla yerinə yetirir və Azərbaycan əleyhinə açıqlamalarında Ərdəbildəki həmkarından geri qalmır.
"Tehranın və Qumun məqsədi Güneydəki azərbaycanlıların əyalət mollaları kimi düşündüyünü bizə təlqin etməkdir. Əlbəttə, əyalət mollalarını dinləyənlər içərisində rejimi dəstəkləyən azərbaycanlılar var. Ancaq Ərdəbil və Təbrizdə çap hərflərlə “Yaşasın Qarabağ qəhrəmanı Əliyev Başqan” və “Yaşasın Şam fatehi Ərdoğan Rəis” şəkillərini divarlara yapışdıran azərbaycanlılar da az deyil. Bunu görməmiş deyillər", - deyə o qeyd edib.
Aynurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 10 Yanvar 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















