Icma.az
close
up
RU
Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli kimlik, dövlətçilik, demokratiya baxışı farslardan fərqlənir

Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli kimlik, dövlətçilik, demokratiya baxışı farslardan fərqlənir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İranda baş verən hadisələrin fonunda bir çox proseslər aparılacaq və o proseslərin içində bir çox ciddi, detalları görəcəyik. Həmçinin orada yaşayan millətlərin, öz milli, siyasi gələcəyinin müəyyənləşdirilməsi üçün proseslərin aparılması gözləniləndir. Hər bir millət öz milli dövlətçiliyinin qurulması istiqamətində milli iradəsini ortaya qoya bilərsə və o prosesi orada yaşayan qeyri fars millətləri görürlərsə, biz yeni bir tarixi sürəcin formalaşması mərhələsindən danışa bilərik”.

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Politoloq qeyd edib ki, İranda köhnə zehniyyət vahid bir millət, vahid bir kültür, vahid bir siyasi baxış və yaxud ideoloji baxış məsələsi aradan götürüləcək: “Orada yaşayan qeyri-fars millətlərinin milli kimliyi, dili, mədəniyyəti, tarixi, keçmişi, etnik formalaşması, dini inancları, dünyaya baxışı, demokratiyaya baxışı, insan haqlarına baxışı bir birindən çox belə kəskin şəkildə fərqlənir. Fars toplumunun insan haqlarına, demokratiyaya və milli kimliyə baxışıyla Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin milli kimliyə baxışı, dövlətçiliyə baxışı, demokratiya, insan haqlarına baxışı olduqca fərqlidir və bu fərqliliklər görülməlidir. Fərqlilikləri dünya bilməlidir. Artıq qəbul olunmalıdır ki, İranın siyasi coğrafiyasında müxtəlif millətlər yaşayır. Gənclərin özlərinə məxsus milli siyasi mədəniyyətləri, istəkləri var. Onların milli siyasi iradəsi bu prosesin yekunlaşdırılmasına nöqtə qoyacaq. Hətta İsrail dövləti də ümumilikdə bu prosesə çalışır ki, bacardığı qədər qarışmasın. İsrailin baş naziri Benyamin Netanyahuya sual verəndə ki, “siz nə düşünürsüz, orada yaşayan insanların taleyi necə olacaq?” Deyir ki, “bu artıq onlara qalıb. Biz əlimizdən gələni edirik. Biz diktator rejiminin zəiflədilməsi aradan götürülməsi, onun bir təhdid halından çıxması üçün bütün imkanlarımızı səfərbər eləmişik və bu da tarixi fürsət yaratdı. Bu tarixi fürsətdən sizlərin, yəni ümumilikdə necə istifadə etməyiniz artıq sizlərdən asılıdır”.

Sadiq İsabəyli

“Güney Azərbaycanda Azərbaycan türkləri öz talelərini özləri müəyyənləşdirməlidir və başqa etniklər də, millətlər də həmçinin. Müxtəlif siyasi çağırışlar edirlər ki, “bu rejimdən qurtulaq, sonra da İranın siyasi coğrafiyası çərçivəsində yeni bir rejimlə davam etdirək. Bu da demək olar ki, əsası olmayan və işə yaramaz çağırışlardır. İsrail dövləti çox böyük bir tarixi hadisəyə imza atıb. Bu proses həm bölgə dövlətlərinin, həm də qlobal maraqlara cavab verir. Bu sürəcdə Azərbaycan dövlətinə və Türkiyənin üzərinə də çox ciddi məsuliyyətlər düşür”-deyə Sadiq İsabəyli bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 İyun 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri