Icma.az
close
up
RU
Güney Qafqazda yeni münasibətlər sisteminin formalaşdırılması geosiyasi istiqamətdə çox vacibdir

Güney Qafqazda yeni münasibətlər sisteminin formalaşdırılması geosiyasi istiqamətdə çox vacibdir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Fars-molla rejimi Türkiyə və Azərbaycan arasında yeni münasibətlər sisteminin formalaşmasını istəmir. Yəni bu münasibətlər sistemi, iqtisadi, siyasi, mədəni, hərbi və bir çox sahələrin formalaşması bu rejim üçün bir növ yolverilməz və onların düşüncəsində "qırmızı xətt" olaraq qalmaqdadır” .

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu yanaşma düşmənçilik üzərindən qurulmuş bir yanaşmadır və burada guya dövlətlərin ərazi bütövlüyü, BMT-nin nizamnaməsinə istinad edilir, amma Azərbaycanın milli hakimiyyətin suverenliyinə, müstəqilliyinə və onun xarici siyasətdə müstəqil fəaliyyətinə bu bəyanatda etiraz olunur və fars-molla rejimi onu "qırmızı cizgisi" kimi qeyd edir: “Bu, təzadlı yanaşmadır. Görünən odur ki, Azərbaycan dövlətinin güclənməsi ilə barışmaq istəmirlər”.

Sadiq İsabəyli

“Reallıqda gedən bir sıra proseslər var ki, o proseslər zaman gələndə özünü bütün tərəflərə diktə edəcək. Həm İran, həm Rusiya və Putin kimi diktator şəxslərə də özünü diktə edəcək. Barışmaq məcburiyyətindəsən. İran bilir ki, bu böyük layihələrin icrası qaçılmazdır. Rejim buna qarşı sərt mövqe qoya bilər. Amma bu, heç də o anlamda deyil ki, bu layihələrin icrasının qarşısında dura bilər.

Əslində fars molla rejiminin varlığı Qafqaz bölgəsinə, ümumiyyətlə, Orta Şərqə təhlükədir və ciddi təhdiddir. Bu təhdidi də biz görürük. Bu mənada bu həm də qorxudan verilən bir bəyanat kimi də düşünə bilərik. Nəzərə alaq ki, burada həm də parlamentin demək olar ki, yarısı belə qoşulmayıb. Yəni konkret bir bəyanatın verilməsinə əgər qoşulmurlarsa, bu da o deməkdir ki, onların öz aralarında bu məsələ ilə bağlı ciddi fikir ayrılıqları var və heç də o aqressiv mövqe qoyan cərəyanların proseslərə müdaxilə imkanları güclü deyil.

Azərbaycan xarici siyasət kursunu balanslı şəkildə formalaşdırıb. Bu kurs Azərbaycanın həm iqtisadi, həm gələcəkdə bir çox sahədə imkanlarını artıracaq. Bu imkanlar da şərait yaradacaq ki, Azərbaycan gələcəkdə konkret olaraq region dövlətləri ilə yeni münasibətlər sisteminin formalaşdırılmasına nail olsun”-deyən Sadiq İsabəylinin fikrincə, Güney Qafqazda yeni münasibətlər sisteminin formalaşdırılması çox vacibdir.

“Nikol Paşinyan deyir ki, Ermənistanın varlığı, mövcudluğu dünənə kimi digər dövlətlərin sayəsində olub və bu gün guya Ermənistan vətəndaşlarının sayəsindədir. Bu, bir tərəfdən bir həqiqəti deyir, amma o biri tərəfdən bir yalanın da, necə deyərlər, həqiqət kimi göstərməsinə çalışmasını göstərir. Yəni biz bilirik ki, Ermənistan deyilən bir dövlət mövcud olmayıb. Bu dövlət Azərbaycan əraziləri üzərində qurulub. Doğrudur, bunun qurulması üçün 100 illər siyasət aparılıb. Həm Avropa dövlətləri tərəfindən, həm Rusiya tərəfindən də elə Ermənistana, erməni dövlətinin qurulmasında fəaliyyətlər aparılıb. Onun ilkin addımı Azərbaycanın parçalanması məsələsidir ki, meydana gəlib və onun üzərindən aparılan digər siyasətlər bizim gözümüzün qabağındadır. Bu bölgədə Güney Qafqazda, Orta Şərqdə və qlobal miqyasda siyasi, iqtisadi təhlükəsizlik mexanizminin bir sistemə dönüşdürülməsi çox önəmlidir”-deyən Sadiq İsabəyli qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Sentyabr 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri