Icma.az
close
up
RU
Güneydən Bakıya 183 nəfərlik etiraz gəldi Sayman Aruzdan iddialara cavab

Güneydən Bakıya 183 nəfərlik etiraz gəldi Sayman Aruzdan iddialara cavab

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Güney Azərbaycan ədəbiyyatı adından 183 nəfərin imza toplayaraq Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri, yazıçı Sayman Aruzun onları təmsil etməməli olduğunu deməsi böyük müzakirələr yaradıb.

Bəyanatda qeyd olunur ki, Sayman Aruzun “Güney Azərbaycan şöbəsi” adı ilə həyata keçirdiyi fəaliyyət ədəbi birliyin inkişafına xidmət etmir, əksinə, qurumu şəxsi təsir dairəsinə yönəlmiş məhdudlaşdırıcı struktura çevirir.

Globalinfo.az bununla bağlı Sayman Aruzla əlaqə yaradıb.

O bildirib ki, bəyanatda yer alan “Güney Azərbaycanın tanınmış yazarları” ifadəsi düzgün deyil:

“Güney Azərbaycanın tanınmış yazarları tamam başqa insanlardır. Orada göstərilən 183 imzanın 160-170 nəfəri cəmiyyətə tanış deyil. Onların kimliyi bilinmir. Aralarında 5-6 nəfərin fəaliyyəti cəmiyyət tərəfindən tanınır. Həmin şəxslər dəfələrlə İranın dini liderinə (Ayətullah Əli Xamenei) şeirlər yazaraq mükafat alan, zaman-zaman öndə gedən ədəbi xadimlərimizə hücumlar təşkil edən adamlardır. Təəssüf ki, İranda 3 şair bir yerə toplaşanda ETELLAAT (İranın Kəşfiyyat Nazirliyi) onları hədəfə alır. Orada ana dilimiz, milli-mədəni fəaliyyətlərimiz, ümumilikdə Azərbaycanla bağlı hər şey qadağandır. Amma 183 şair kiminsə dəstəyi ilə bir araya gələrək Azərbaycan daxilində təxribat törədir. Kampaniyanın arxasında hansı qüvvələrin dayanması ciddi sual yaradır. Bu, mənə qarşı hücum deyil, ümumilikdə Azərbaycan dövlətinə və mədəniyyətinə qarşı yönəlmiş addımdır”.

S.Aruz fəaliyyətinin hər zaman ümummilli birliyimizə xidmət etdiyini vurğulayıb:

“Cənubi Azərbaycan və dünya azərbaycanlıları ilə bağlı dövlət siyasətinin təbliğinə töhfələr vermişik. Bundan əlavə, 35-dən çox kitab çap etmişik, müxtəlif qurultaylarda Cənubi Azərbaycanla bağlı məruzələr hazırlamışıq. Orada imza atanların çoxu şəxsən mənim qonağım olub, onların yaradıcılığının inkişafında böyük xidmətim var. Evimdə qonaq olan, çörəyimi kəsən insanlar bu gün anti-Azərbaycan qüvvələrinin təsiri altına düşüblər”.

Yazıçı bildirib ki, Cənubi Azərbaycan anlayışı daha genişdir:

“Orada 45 milyon azərbaycanlı yaşayır, bu qədər insan içində 183 şair sanki dənizdə bir damladır. Biz orada ən azı 18-20 min imza toplayarıq və bu, yalnız ikitirəliyə yol açar. Amma intriqaların yaranmasının qarşısını alırıq. Ədəbiyyat yaradıcılıq meydanıdır, qoy, şeir, kitab yazsınlar, milli-mədəni dəyərlərimizi müdafiə etsinlər. Bacarırlarsa, İran dövlətindən Azərbaycan dilinin tanınmasını tələb etsinlər, həbsdə aclıq edən milli fəallarımız üçün kampaniya təşkil etsinlər, Urmiya gölünün xilası üçün ictimai çağırışlar olsun. Azərbaycanda Cənubi Azərbaycan naminə çalışan yeganə təmsilçini hədəfə almaq kimə sərf edir? Təkrar edirəm, bu, mənə yox, Azərbaycan dövlətinə və milli həmrəyliyimizə qarşı yönəlmiş kampaniyadır. Diqqətli olmaq lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:675
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri