Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Güneyli hüquq müdafiəçisindən şok iddia MÜSAHİBƏ

Güneyli hüquq müdafiəçisindən şok iddia MÜSAHİBƏ

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Yaxın Şərqdə gərginliyin davam etdiyi bir mərhələdə ABŞ ilə İran arasında münasibətlərin yenidən hərbi qarşıdurma həddinə çatacağı ehtimalları aktuallığını qoruyur. 

Mövcud vəziyyət göstərir ki, tərəflər arasında əldə olunan nisbi sakitlik uzunmüddətli sabitlik anlamına gəlmir. Çünki ortada tam razılaşma və ya siyasi barışıq yoxdur, sadəcə müəyyən müddət üçün uzadılmış atəşkəs mərhələsi müşahidə olunur. 

Mövzu ilə bağlı "Cümhuriyət" qəzetinin suallarını yazıçı, jurnalist və Güney Azərbaycan Milli Hərəkatı üzrə ekspert, "Ərk" İnsan Hüquqlarının Müdafiəsi Təşkilatının həmtəsisçisi Maşallah Rəzmi cavablandırıb: 

-Atəşkəs pozula, və ABŞ-İran qarşıdurması yenidən açıq müharibə mərhələsinə keçə bilərmi? 

- İranla Amerika arasında atəşkəs istənilən vaxt pozula bilər. Amma Amerika atəşkəsin pozulmasını bir neçə səbəbə görə istəmir. İlk növbədə, bu ayın 14-də Tramp Çinə səfər etməlidir. İkinci səbəb iyun ayının 11-də Amerikada futbol yarışı başlayacaq. 

Üçüncüsü isə noyabr ayının 4-də ABŞ-də aralıq seçkilər olacaq. Bu 3 amil nişan verir ki, müharibə tamamilə Trampın və respublikaçıların zərərinədir. Ona görə də amerikalılar atəşkəsin pozulmasını istəmirlər. Eyni zamanda, İranı müzakirə masasına gətirmək istəyirlər. 

İranda isə hakimiyyətin içində müxtəlif qruplar var. Bəzi qruplar sülh istəmir, bəzisi isə istəyir ki, blokada götürülsün. Sakitlik olmasa, blokadalar götürülə bilməz. 

Çünki İranın dünya ilə iqtisadi əməkdaşlığının 90 faizi Cənubdan və İran körfəzindən həyata keçirilir. Nəticədə, İran bu blokadaya çox davam gətirə bilməz. İran tərəfindən də atəşkəsin pozulmasında siyasətçilərin əlaqəsi yoxdur. 

"Hər iki tərəf - ABŞ də, İran da məcburdur”
 - Sizcə, ABŞ-İran masaya oturacaqlarmı? 

- İran Pakistan, Misir və Türkiyənin köməyi ilə bir masada yığışa bilərlər. Müvəqqəti də olsa, uzunmüddətli atəşkəs və ya sülh əldə oluna bilər. 

- Hörmüz boğazı kimi strateji nöqtələrdə gərginliyin artması nə dərəcədə realdır? 

- İllər boyu ekstremist qruplar Hörmüz boğazının bağlanmasını istəyib. Ancaq hökumət hesab edirdi ki, boğaz bağlansa, nə Amerika, nə də dünya sakit qalar. Və bu da hamıdan çox İranın zərərinə işləyər. İndi müharibə məcburi vəziyyət yaradıb və Hörmüz boğazının bağlanmasına səbəb olub. 

İranda və xarici jurnallarda yazılır ki, Hörmüz boğazı atom bombası kimi İrana qüdrət və etibar verir. Ona görə də hər nə olur- olsun, İran nəzarəti əlində saxlayacaq. Bundan sonra da Hörmüz boğazı ilə bağlı məsələləri daha da irəliyə aparacaq. Hörmüz boğazı məsələsində BƏƏ şiddətli şəkildə narahat görünür. 

Amerika və İsraildən İranı məğlub etməsini istəyirlər. İran tərəfi də bildirib ki, Dubay çox ifrata varsa, biz də məcbur qalıb onun torpağının bir hissəsini işğal edəcəyik. 

İran Hörmüz boğazını nəzarətdə saxlamaq üçün başqa ölkəyə hücum etməyə də hazırdır. Ona görə də danışıqlar Hörmüz boğazı üzərinə fokuslanıb. Hörmüz boğazı məsələsinin həll olunması üçün Babül-Məndəb boğazı da nəzərə alınmalıdır. 

- İranın regiondakı müttəfiqləri, proksi qüvvələr bu qarşıdurmada hansı rolu oynaya bilər? 

- Proksi qruplar, Husilər Yəməndə İranla müttəfiqdirlər. Əgər İslam istəsə, onların köməkliyi ilə qüvvələr yeridə və Babül-Məndəb boğazını da bağlaya bilər. Əgər buradakı boğaz bağlansa, iqtisadi problemlər daha da şiddətlənəcək. İran boğazı əlində saxlamaq üçün hələlik ayrı həmlələrdən istifadə etməyib. 

Bunlardan biri odur ki, Babül-Məndəb boğazını hələ bağlanmayıb. İkincisi isə İran körfəzində Şərqlə Qərbi internet vasitəsilə bir-birinə bağlayan kabellər var. İran təhdid edərək deyib ki, məcbur qalsa, həmin kabelləri kəsəcək. Amerika da bu məsələləri bilir. 

Onlar istəmir ki, həddindən artıq çətin vəziyyət yaransın. Nəticədə, müzakirələr başlasa, Amerika məcbur qalacaq və fikrimcə, razılaşmalar olacaq ki, beynəlxalq iqtisadiyyat bundan artıq zərərə uğramasın. 

-ABŞ-nin bölgədəki hərbi bazalarının aktivləşməsi yeni eskalasiyanın siqnalıdır? 

- 40 günlük müharibədə ABŞ bazaları zədələnib. Amerikanın İran ətrafında çox sayda bazası var. Bu bazaların 13-ü İran körfəzinin cənubundakı ölkələrdə İran ballistik raketləri ilə vurulub.

 60-70 faizi isə yararsız hala salınıb və onların düzəlməsi vaxt aparacaq. Digər tərəfdən, bu ölkələr Amerikadan hərbi baza yaradılmasını və müdafiə olmalarını istəyirdilər. 

Bu bazalar həmin ölkələri hədəfə çevirmiş oldu. Amerikadan savayı İsrail və BƏƏ-nin bir sıra imkanları var. Amma Fransa ilə İngiltərənin həm Dubayda, həm də Qətərdə hərbi bazaları var. 

Onlar da bu 40 günlük müharibədə müdafiə şəklində İrandan gedən dronları və ballistik raketləri istədilər məhv etsinlər. İndi iki problem var. ABŞ bu bazaları yenidən qurmaq barədə düşünəcək. 

Çünki bu, çox xərc aparan prosesdir. İkincisi isə bəlli oldu ki, həmin ölkələr bu bazalarla müdafiə oluna bilmədi. Həmin ölkələr bazaların yenidən qurulması barədə heç bir əlamət nümayiş etdirməməlidir. Çünki gələcəkdə yenidən onları hədəfə çevirəcək. 

Bu bazaların yenidən qurulması barədə bəlkə də təbliğat aparılır. İndi bu bazalar istifadə olunmur və əməliyyat gəmilər üzərindən həyata keçirilir. Küveytdə və Səudiyyə Ərəbistanında bəzi bazalar məhv edilib.

“Amerikanın əsas hədəfi təyyarə daşıyan böyük gəmilərdir” 

- Hansı tərəf danışıqlara başlamaqda daha çox maraqlı görünür? 

- Hazırda ABŞ də, İran da müzakirə aparmaq istəyir. Vasitəçilər, xüsusən də Pakistan isə istəyir ki, müzakirələr nəticə versin. Rusiya tərəfindən kömək barədə fikirlər də səsləndirilir. 

Hətta Xəzər dənizi vasitəsilə az-çox alış-veriş olur. Amma bu kifayət etmir. Əsasən Türkiyə, Pakistan və Misirin köməyi vacibdir. 

- Üçüncü tərəf, məsələn, Avropa İttifaqı və ya Rusiya  vasitəçi rolunu oynaya bilərmi? 

-Avropa və Rusiyanın vasitəçiliyi İran və ABŞ üçün yüz faiz qəbul deyil. Avropa bitərəf deyil, demək olar ki, bu savaşda İrana qarşı durdular. Rusiya isə bu müharibədən bəhrələnir. 

Çünki bu savaş Rusiya-Ukrayna müharibəsini yaddan çıxarıb. Həmçinin neft və qazın qiymətlərini artırıb. Bu da Rusiyaya sərf edir və fayda verir. Nəticədə, Avropanın vasitəçiliyi müsbət deyil. 

- ABŞ-İran qarşıdurması Ukrayna müharibəsi fonunda necə qiymətləndirilməlidir? 

- İran-ABŞ müharibəsi ilə müqayisədə Ukrayna-Rusiya müharibəsi dünya mətbuatında çox az yayımlanır və yaddan çıxır. Digər tərəfdən, Ukraynaya hərbi yardım dayanıb. İndi silahlar İran körfəzinin cənubundakı ərəb ölkələrinə gedir. Bu isə Rusiyanın xeyrinə işləyir. 

Ona görə də İran-ABŞ savaşı nə qədər uzun çəksə, bu, Rusiyanın xeyrinə olacaq. İran ideoloji hökumətdir. İran ideologiyasından əl çəksə, yaxşı olar. Amma İran özünü dünya ilə daim savaşda görür. Müxtəlif yollardan istifadə edərək, proksi qüvvələrlə, təhdidlərlə, bəzi fanatik qüvvələri ayrı ölkələrdə himayə etməklə sülhə zərər vurur. 

"Sülhün bərqərar olması üçün İranda İslam Cümhuriyyəti olmalıdır”

- Ən pis ssenari nədir və o, nə qədər realdır? 

- Müxtəlif mənbələr bu mövzuya ehtiyatla yanaşırlar. Ancaq siyasətçilər bu mövzu üzərindən şərhlər verirlər. Necə ki, İkinci Dünya müharibəsində Yaponiya təslim və sülhə hazır deyildi, nəticədə, Amerika ora atom bombası atdı. İrana qarşı da atom bombası istifadə etmək ən pis ssenarilərdən biridir. 

Bununla bağlı ehtimallar da var. Çünki Tramp bir sivilizasiyanın aradan götürülməsi barədə danışır. Yaxud da bildirir ki, İranı daş dövrünə geri qaytaracaq. İsrailin hərbi naziri də qeyd edib ki, İranı ibtidai icma quruluşuna döndərəcək. Bu çıxışlar və təhdidlər o mənaya gəlir ki, İrana qarşı atom bombasından istifadə edə bilərlər. 

Hətta əvvəllər Amerikanın ekstremist qüvvələri demişdi ki, İranın insan az olan ərazilərinə atom atılsın. Onlar bildirmişdilər ki, əgər təslim olmasa, Tehranı da bu vəziyyətə salarıq. Amma Amerikanın atom atması çətindir.

Çünki dünya bunu qəbul etməz. Hətta Demokrat Partiyasının içində bəzi qüvvələr var ki, Amerikanın İsraili daha çox nəzarətdə saxlamasını təklif edib. Çünki İsrail də İrana qarşı atomdan istifadə edə bilər.

Müharibə çıxılmaz vəziyyətə yönəlsə, qüdrətli tərəflər məcbur qalıb atom silahından istifadə edə bilərlər. 

Dəniz Pənahova
"Cebheinfo.az"

Açar sözlər: ABŞ-İran Maşallah Rəzmi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 May 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri