Icma.az
close
up
RU
Günlük plan qurmağın faydaları nələrdir?

Günlük plan qurmağın faydaları nələrdir?

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

“Düşüncə xəritəsində peşəyə münasibəti sevgi və bacarıq anlayışları tənzimləyir”.

News24.az xəbər verir ki, bunu “Sağlam radio”da Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, insan sevdiyi işdə fədakarlıq edir:

“Fədakarlıq etdiyi işdə isə hər zaman öyrənməyə meylli olur. Bacarmaq sevdiyin işdə fədakarlıq etməkdir. Peşə seçimində tərəddüd etmək özgüvən əksikliyidir. Çünki insan bacarmayacağını düşünür. Avtomatik düşüncələrinin reallığını sorğulaya bilmədiyi üçün emosional gərginlik yaşayır. Bu zaman insan adekvat reaksiyalar verə bilmir”.

Psixoterapevt vurğulayıb ki, düşüncə xəritəsini düzgün müşahidə edən şəxslər səhv qərarlarının da arxasınca gedirlər:

“Səhvlərindən dərs çıxarmağı da bacarırlar. Məna yükləmədikləri üçün fəlakətə çevrilmir. Səhv etmək də doğrudur. Ona görə doğrudur ki, səhv etmiş insan müqayisə etməyi bacarır və doğrunun nə olduğunu bilməyə cəsarətli olur. Düşüncə xəritəsi ilə tanış olan şəxs peşə seçimində və peşə fəaliyyətində uğurlu olur. Öz təcrübələrini və keyfiyyətlərini uyğunlaşdırmağı bacarır. Özünü kəşf etməklə gələcəyi ilə bağlı doğru qərar verir. Psixoloji dəstək alaraq obyektiv yanaşmanı öyrənir. Özünü tənqidi formalaşdırır. Peşə fəaliyyətinin çətinliklərini qəbul edir. Yumşaq bacarıqlarının inkişaf üçün addımlar atır. Həyatında maneə kimi gördüyü düşüncələrini idarə edərək, onları yeni və müsbət düşüncələrlə əvəzləyir”.

R.Nəcəfov bildirib ki, peşə fəaliyyəti insanın özünə münasibətini müəyyən edir:

“Öz peşəsini sevən insanlar həyatlarının hər anını yaşamağa çalışırlar. Gözləntiləri onları səhv seçimlərə təhrik etmir. Yaşamaq hər zaman asan olmaya bilər, amma doğru olan bizi yormayacaq”.

Psixoloq həmçinin əlavə edib ki, həyatın planı bəlkə də hər kəs üçün eynidir, amma insanlar şəxsi təcrübələrinə uyğun addımlar atırlar.

Onun sözlərinə görə, cəmiyyətin təqdim etdiyi "kimlik" anlayışı ilə yaratmaq istədiyimiz "kimlik" qarşılaşanda psixoloji narahatlıqlar yaranır:

“O zaman şəxs psixoloji narahatlıqlarının mənbəyini müəyyən edə bilmir. Günlük plan müsbət vərdiş yaratmaqdır. Günlük plan yoxdursa, insanda gələcəyə baxış formalaşmır. Bizi gələcəyə aparan günlük plandır. Gələcək üçün istinad yaratmağa çalışırıq. Günlük plan ilə həyatın planı arasında uçurum varsa, insanın gələcəklə bağlılığı qopur. Yəni gələcək həm də ümid anlayışıdır. Ümidin mənfi tərəfi günlük planda özünü büruzə verə bilər, amma müsbət tərəfi yaşamağa bağlıdır. İnsan rahatlığı üçün günlük planına, azadlığı üçün həyatın planına uyğunlaşmağa çalışır”.

Psixoterapevt qeyd edib ki, insan rahatlıq və azadlıq arasında körpü inşa etmək istəyir:

“Günlük planın həyatın planına xidmət etməsini istəyir. Günlük planda əmək fəaliyyəti ilə məşğul olmaq həyat planında xoşbəxtliyi əvəzləyir. Ona görə insan əməyin əziyyətini qəbul edə bilir. Günlük plan ilə həyatın planı arasında fərqlər olsa da, bağlantılar da özünü göstərir. Fərqliliklər bağlantıları formalaşdırır”.//teleqraf

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 May 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri