Icma.az
close
up
RU
Günün trendi sublimasiya olunmuş qidalar Kimlər risk altındadır?

Günün trendi sublimasiya olunmuş qidalar Kimlər risk altındadır?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son bir neçə ilin trendi olan sublimasiya olunmuş meyvə və tərəvəzlər insanların marağına səbəb olsa da, qida mütəxəssisləri bu məhsulların gündəlik qidalanmada nəzarətsiz və həddindən artıq istifadəsinin müəyyən risklər yarada biləcəyini deyirlər. 

Bu cür qidaların faydası və ziyanı nədir? Kimlər sublimasiya olunmuş məhsullardan istifaəd edə bilməz?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Qaynarinfo-ya sublimasiya olunmuş qidaların faydaları və ziyanı haqqında danışarkən bildirib ki, gündəlik qida üçün təzə, mövsümü yerli meyvə və tərəvəzlərdən istifadə olunması daha faydalıdır:

"Ancaq bu cür meyvə və tərəvəzlərdən istifadə edərkən, qoyulan ölçünün keçilməməsi yaxşı olar. Hər bir insan öz ovcu qədər bu meyvələrdən qəbul etməlidir. Həmin limit sublimasiya edilmiş meyvən-tərəvəzin 20-30 qramını təşkil edir ki, bu da orta ölçülü mövsümi meyvələrin iki porsiyasına bərabərdir".

Meyvə və tərəvəzlərin necə sublimasiya olunması haqqında danışan qida mütəxəssisi bildirib ki, həmin qidalar -40 dərəcədə dondurulur, daha sonra isə vakum vasitəsi ilə onların birbaşa buza çevrilmiş mayesinin buxarlandırılır. Ardınca da qurudulur. Bu meyvələr demək olar ki, vitamin dəyərini 90 faizə qədər saxlayır, eləcə də 25 ilə qədər də xarab olmadan qala bilir. Dadı, rəngi, forması da meyvədən asılı olaraq olduğu kimi qalır. Sublimasiya olunmuş meyvə-tərəvəzləri daha çox idmançılar, immun sistemini gücləndirmək istəyən, səfərdə olan insanlar istifadə edir.


"Bu cür məhsulların qəbulu kimlər üçün ziyanlıdır" sualına cavab olaraq isə Məhsəti Hüseynova bildirib ki, xroniki xəstəliyi olan, şəkərli diabetdən əziyyət çəkən insanlar bu cür hazırlanmış meyəv-tərəvəzləri qəbul edərkən diqqətli olmalıdır:

"Çünki belə qidanın çox qəbulu qanda şəkər səviyyəsini birdən-birə artırar, bu da orqanizmdə olan xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Bundan başqa, mədə-bağırsaq sistemində problem olan insanlar da bu qidadan çox istifadədən çəkinməlidir. Qastrit zamanı  və yaxud digər həzm sistemi ilə bağlı problemləri olan insanlarda həzm zamanı ağrı, sancı və qıcıqlanmalar yarana bilər. Xüsusi ilə nəzərə almaq lazımdır ki, əgər kimdəsə hansısa meyvəyə qarşı allergik reaksiyalar varsa, elə həmin meyvəni dondurulmuş halda da qəbul edərkən allergiya riski yüksək olar. Bu qidaların uzunmüddət qəbulu dişlərin çürüməsinə də səbəb ola bilər. Çünki dişlərə yapışan belə meyvələr diş minasının emalının zədələnməsinə səbəb ola bilər. Ona görə də bu meyvələri yedikdən sonra ağız təmizlənməsinə diqqət etmək lazımdır ki, dişlər zərər görməsin".

Sublimasiya olunmuş məhsullardan uşaqların da istifadə edib-etməməsi haqqında da danışan ekspert vurğulayıb ki, əgər bu qidalar kiçik uşaqlara da veriləcəksə, nəzərə almaq lazımdır ki, onlar quru olduğuna görə uşaqlarda boğulma riski ola bilər:

"Ona görə də bu cür qidanı uşaqlara vermədən öncə 5 dəqiqə suda islatmaq lazımdır”.

Məhsəti Hüseynova vurğulayıb ki, sublimasiya olunan qidaları saxlayarkən də diqqət etmək vacibdir:

"Doğru şəkildə qurudulan, saxlanılan bu cür qidaları qabların ağzı açılmadan 25 ilə qədər saxlamaq olar. Amma saxlama qablarının ağzı açılıbsa, qısa müddətdə istehlak edilməsi tövsiyyə edilir. Çünki bu qidalar hava ilə təmasdadırsa, yumşalma varsa, rəngində, görünüşündə, qoxusunda dəyişklik varsa istifadəsi məsləhət deyil. Bu cür qidalar quru, günəş şüalarının düşmədiyi yerdə saxlanılarsa daha faydalı olar”. 

Qida mütəxəssisi son olaraq vurğulayıb ki, sublimasiya olunan qidaları alarkən isə mənşəyi bəlli, etibarlı, təbii qurudulan yerdən almaq lazımdır:

"Əgər etiketdə zədələnmə varsa, yaxud da etiket məlumatlarında dadlandırıcılar, aramatizatorlar və yaxud hər hansı bir kimyəvi qatqı maddəsi olaraq, E-kodlardan istifadə olunubsa, bu həmin qidaların təbii şəkildə hazırlanmadığını göstərir. Bu cür meyvələri qəbul etdikdə isə, kimyəvi maddələrin təsirindən daxili orqanların funkisyası pozula, orqanlar zədələnə bilər".

Günay İlqarqızı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Fevral 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri