Gürcü analitik: Prezident İlham Əliyevin bəyanatı iki qonşu ölkənin necə yaşamalı olduğuna nümunə ola bilər AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Tbilisi, 18 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Bu bəyanat bir daha, iki qonşu ölkənin necə yaşamalı olduğuna bir nümunə ola bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri gürcü siyasi analitik Amiran Salukvadze “Günün xronikası” proqramında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev bu mühüm bəyanatla həm də Gürcüstanın regiondakı rolunu vurğulayır. “Gürcüstanın yeni seçilmiş Baş nazirinin ilk dəfə Azərbaycana, Bakıya gəlməsi ənənəvi haldır. Bu gün dünyada hökm sürən vəziyyət fonunda regional təhlükəsizlik və sülhlə bağlı bəyanatlar mühüm əhəmiyyət kəsb edir. Bunun fonunda Qafqazda stabil qonşuluq siyasəti çox vacibdir” - deyə analitik qeyd edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 18 Yanvar 2025 01:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















