Icma.az
close
up
RU
Статья не опубликована
Gürcü Arzusu Rusiyanın Gürcüstandakı nümayəndəsidir

Gürcü Arzusu Rusiyanın Gürcüstandakı nümayəndəsidir

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Oktyabrın 26-da Gürcüstanda baş verən parlament seçkilərindən sonra məğlub olan müxalifət artıq günlərdir ki, Tbilisidə və digər şəhərlərdə etiraz aksiyaları həyata keçirir. Bu da ondan irəli gəlir ki, Gürcüstan müxalifəti seçkilərin nəticələri ilə barışmır. Müxalifətə görə “Gürcü Arzusu” Rusiyanın Gürcüstandakı maraqlarını təmsil edən bir qurumdur və bu seçkilərdə onlar saxta yollarla, Rusiyanın müdaxiləsi ilə qazandılar. Ona görə təkrar seçkilər keçirilməlidir. Gürcüstan müxalifətini bir tərəfdən də həvəsləndirən, sözsüz ki, Qərbin dəstəyidir. Həm ABŞ, həm də Avropa Birliyi bəyanat verdilər ki, Gürcüstandakı parlament seçkiləri təftiş olunmalıdır. Bu da təbii ki, hər iki tərəfin bu parlament seçkilərinin nəticələrindən narazı qaldığının göstəricisidir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Siyasi şərhçi qeyd edib ki. əslində onların gözündə “Gürcü Arzusu” Rusiyanın bir nümayəndəsidir, onun maraqlarına xidmət edən bir partiyadır.

“Halbuki mən belə düşünmürəm. Düşünürəm ki, “Gürcü Arzusu” daha rasional və praqmatik siyasət yürüdən bir partiyadır. Ölkəsinin milli maraqlarını nəzərə alan bir partiyadır və başa düşür ki, Gürcüstan kimi bir ölkəyə Rusiya ilə münaqişə lazım deyildir. Bundan ancaq Gürcüstan dövləti və xalqı ziyan görəcək. Bu baxımdan çalışır ki, həm Rusiya ilə, həm də Qərblə bərabər səviyyədə münasibətləri inkişaf etdirsin. “Gürcü Arzusu” Gürcüstanın Avropa Birliyinə inteqrasiyasına qarşı deyil. Əksinə, İrakli Kobaxidze bildirmişdi ki, 2030-cu ilə qədər Gürcüstanın Avropa İttifaqının üzvü olması üçün əlimizdən gələni edəcəyik. Gürcüstan “3+3” platformasında niyə iştirak etmir? Çünki Rusiyanın oradakı iştirakı, Abxaziya və Cənubi Osetiya məsələsi var. Yəni bütün bu olanlar bir daha onu göstərir ki, Gürcüstan Rusiya ilə də müəyyən məsafə saxlamaqdadır. Lakin istənilən halda etiraz aksiyalarının ardıcıl davam etməsi bəzilərində fikir yaradır ki, bu 2003-cü ilin hadisələri ilə oxşarlıq təşkil edə bilər. 2003-cü ildə noyabrın 2-də Gürcüstanda parlament seçkiləri nəticəsində Şevardnadze qalib gəlsə də, müxalifət nəticələri tanımayaraq etiraz aksiyalarına başladı. Təxminən 20 günlük etiraz aksiyalarından sonra Saakaşvili və tərəfdarları parlamentə qızıl güllərlə daxil olaraq çevriliş həyata keçirdilər və bu da tarixdə “Qızılgül inqilabı” ilə yadda qaldı. Müxalifət hakimiyyəti ələ keçirdi və sözsüz ki, Qərb eyni ssenarinin təkrarlanmasında maraqlı ola bilər. Düşünürəm ki, təkrarlanmasın da maraqlıdır”.

“Sadəcə, burada vacib olan Gürcüstandakı “Gürcü Arzusu” partiyası və müxalifət arasında dialoqun yaranması, bu danışıqların həyata keçirilməsi yeri gəlsə, müəyyən güzəştlərin olması təki ölkə daxilində siyasi sabitsizlik davam etməsin. Düşünmürəm ki, 2003-cü ilin hadisələri təkrarlanar, yəni növbəti çevriliş olar. Çünki inanıram ki, bilirəm ki, Gürcüstan xalqının da əksəriyyəti Rusiya ilə münaqişəni istəmir və “Gürcü Arzusu”nu dəstəkləyənlər heç də az deyildir. Bu baxımdan onların 2003-cü il senarisini təkrarlamaq ehtimalını bir o qədər yüksək qiymətləndirmirəm. Amma siyasi sabitsizlik, sözsüz ki, davam edəcəkdir. Bu da ölkənin, həm daxili, həm də xarici siyasətinə mənfi təsir göstərən amildir. Qərbin Cənubi Qafqazla bağlı böyük planları var”.

S. Zahidov sonda qeyd edib ki, Qərb Rusiyanı bu regiondan silib-süpürmək istəyir:

“Bunun üçün də strategiya olaraq bir zamanlar rəngli inqilabları seçmişdi. Görünən odur ki, hələ də bu xülyadan vaz keçməyib. 2018-ci ildə Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi də əslində bir etirazın nəticəsi idi. Etiraz aksiyalarının nəticəsi idi. Yəni seçkilərə gəlməmişdi. İndi də oxşar ssenarini biz Gürcüstanda görürük. O ki qaldı Azərbaycana, Azərbaycanda oxşar ssenarinin baş verəcəyinə inanmıram. Çünki Azərbaycanda xalq, dövlət birliyi möhkəmdir, sarsılmazdır. İkinci Qarabağ müharibəsi və ondan sonra bu birlik daha da möhkəmləndi. Xalqın hakimiyyətə inamı böyükdür. Sadəcə, Qərbin ideoloji təxribatçı hücumları baş verə bilər. Azərbaycana qarşı bu baş verməkdə davam da edir. Azərbaycana qarşı qara piar kampaniyası həyata keçirilir. Azərbaycanda şübhəsiz ki, bütün bu qarayaxmalara lazımi şəkildə cavab verir”.

Rəfiqə NAMAZƏLİYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Noyabr 2024 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see286

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see166

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see124

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri