Icma.az
close
up
RU
Gürcü siyasətçilər: Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Qafqazın sülh və əməkdaşlığına töhfə verən böyük dövlət xadimidir

Gürcü siyasətçilər: Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Qafqazın sülh və əməkdaşlığına töhfə verən böyük dövlət xadimidir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 14 iyul, AZƏRTAC

Dünya tarixində elə şəxsiyyətlər olub ki, onlar təkcə öz ölkələri və xalqları üçün deyil, yaşadıqları bütöv bir regionun xalqlarının rifahı naminə də mühüm işlər görüblər. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri, gürcü xalqının da yaxın dostu Heydər Əliyevdir.

Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi ilə ölkədə sosial-iqtisadi inkişafın əsası qoyuldu. Təbii ki, bu tərəqqi qonşu respublikaların da inkişaf dinamikasına müsbət təsirini göstərmişdi.

Ulu Öndər 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra onun qonşu ölkələrə qayğısı daha da artıb. Bu gün Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan-Gürcüstan dostluğunun, strateji tərəfdaşlığının simvoluna çevrilib.

Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin əsasını qoyan liderlərdən biri kimi Heydər Əliyev gürcülər və burada yaşayan soydaşlarımız üçün də qürur mənbəyidir.

Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Qafqazın sülh və əməkdaşlığına töhfə verən böyük dövlət xadimi kimi Gürcüstanda da dərin rəğbətlə xatırlanır. Bu gün burada yaşayan yüz minlərlə soydaşımız üçün onun adı həm qürur, həm də ana vətənə bağlılıq simvoludur.

Paytaxt Tbilisidə və Gürcüstanın digər şəhərlərində Ulu Öndərin adını daşıyan parklar, abidələr bu ehtiramın bariz nümunəsidir. Onun adını daşıyan məkanlar isə belə bir mesaj verir: xalqları birləşdirən liderlər heç vaxt unudulmur.

AZƏRTAC-ın xüsusi müxbiri bu və digər məsələləri araşdırıb, gürcü politoloqların Ulu Öndərlə bağlı fikirlərini öyrənib.

Sabiq Prezident Eduard Şevardnadzenin hakimiyyətdə olduğu dövrdə Gürcüstan Prezident Administrasiyasının rəhbəri olmuş Petre Mamradze deyib: “Mən E.Şevardnadzenin prezidentliyi dövründə onun Administrasiyasına rəhbərlik etmişəm, görüşlərdə iştirak etmişəm. O, mənə Heydər Əliyevlə bağlı çox danışıb. Hələ 1960-cı illərin sonunda sovet dövründə bizim ölkədə də artıq Azərbaycanda xalqının böyük vətənpərvəri olan bir liderin yetişdiyini bilirdilər. Həm Şevardnadze, həm də Heydər Əliyev o zaman xalqlarının rifahını düşünür, müstəqil dövlətlərin qurulmasını xəyal edirdilər.

Mən dəqiq bilirəm ki, onlar hələ 1972-ci ildə böyük layihələr, o cümlədən neft kəməri kimi təşəbbüsləri planlaşdırırdılar”.

Onun sözlərinə görə, illər sonra -1990-cı illərin əvvəllərində Heydər Əliyev çox çətin şəraitdə Azərbaycanın müstəqilliyini qoruyaraq ölkəyə rəhbərlik etdi və bu, Gürcüstan üçün də həlledici rol oynadı. Gürcüstanda vətəndaş qarşıdurmaları zamanı Əliyevlə Şevardnadze arasında olan etimad və dostluq olmasaydı, dövlətçiliyin formalaşması çətin olardı.

“Daha sonra 1998-ci ildə əsrin müqaviləsi imzalandı. Mən bu prosesin canlı şahidiyəm. Bir çox Qərb liderləri bu layihənin gerçəkləşəcəyinə inanmırdı, amma Heydər Əliyev və Eduard Şevardanadze birlikdə bunu bacardılar”, – deyə Mamradze vurğulayıb.

Gürcü politoloq Giorgi Xaindrava isə bildirib: “Heydər Əliyev Azərbaycanın müasir dövlətçiliyinin təməlini qoymuş əsas fiqurdur. O, elə bir zəmin yaratdı ki, bu gün Azərbaycan dünya ölkələrinin hörmətlə yanaşdığı, bərabər əsaslarla əməkdaşlıq etdiyi güclü bir dövlətə çevrilib. Bu, çox önəmlidir. Çünki bir vaxtlar bizə ikinci dərəcəli ölkələr kimi baxırdılar. Bəzi dövlətlər özlərini üstün sayırdı. Amma Azərbaycan sübut etdi ki, bu yanaşma yanlışdır. Bu baxımdan Heydər Əliyevin rolu çox böyükdür. Ümumiyyətlə, hesab edirəm ki, Heydər Əliyev postsovet məkanının ən simvolik siyasi liderlərindən biridir”.

Onun sözlərinə görə, Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bütün region və Gürcüstan üçün də tarixi şəxsiyyətdir. Çünki ən çətin dövrdə – məsələn, 1990-cı illər Gürcüstan üçün olduqca ağır illər idi. Heydər Əliyev Gürcüstanın Asiya ilə Avropa arasında vasitəçi ölkəyə çevrilməsində mühüm rol oynayıb. Heydər Əliyevin göstərdiyi dəstək sayəsində Gürcüstan Böyük İpək yolunun və Asiya-Avropa nəqliyyat marşrutunun əsas iştirakçılarından birinə çevrildi. Bu, bizim üçün olduqca önəmlidir və gürcü xalqı bunu yüksək qiymətləndirir.

Politoloq, Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Valeri Çeçaladzenin sözlərinə görə, Heydər Əliyev Sovet İttifaqının dağılmasından sonra formalaşmağa başlayan bu yeni təlatümlü dünyada Gürcüstan-Azərbaycan münasibətlərinin nə qədər vacib olduğunu çox yaxşı anlayırdı. Onun uzaqgörən, müdrik siyasəti sayəsində bu gün Azərbaycan və Gürcüstan strateji tərəfdaşlardır. Bu isə bir tərəfdən Azərbaycanın karbohidrogen resurslarının – həm neftin, həm də qazın dünya bazarlarına maneəsiz və sabit çıxışını təmin edir, digər tərəfdən isə Gürcüstanın enerji təhlükəsizliyini möhkəmləndirir. Azərbaycan ən çətin anlarda, tərəddüd etmədən, həmişə Gürcüstana yardım edib.

“2006-cı ilin yanvarında Rusiya Gürcüstanın qaz və elektrik enerjisi ilə təminatını dayandırdı. Bu, soyuq yanvar ayı idi və Gürcüstanda o vaxt 15 dərəcə şaxta var idi. Bu, Tbilisi üçün çox ağır vaxt idi. Belə şaxtalar çox az hallarda olur. Məhz belə bir ağır vaxtda Azərbaycan Gürcüstanın donmaması üçün ona əlavə qaz tədarük etməyə başladı. Azərbaycan Gürcüstana əlavə təbii qaz göndərdi. Belə məsələlər unudulmur. Gürcüstan bunu heç vaxt unutmayacaq və həmişə yüksək qiymətləndirəcək”, - deyə Mərkəz rəhbəri əlavə edib.

Onun sözlərinə görə, bizim münasibətlərimiz çox səmimi, emosional xarakterlidir. Əlbəttə ki, dövlətçiliyimizin ilkin dövrlərində iki prezident – Heydər Əliyev və Eduard Şevardnadze artıq müstəqil dövlətlər arasındakı bu münasibətlərin yeni təməlini yaratmaqda çox ciddi töhfə verdilər.

Heydər Əliyevlə ilk görüşünü xatırlayan siyasətçi qeyd edib: “Mən ilk dəfə onunla kabinetində görüşmüşəm və hələ də onun qiymətləndirmələrini, Azərbaycanda baş verən proseslərin necə dərk olunduğunu xatırlayıram. Mən onunla bu söhbətlərdən çox şey öyrəndim. Belə siyasi və dövlət xadimi ilə görüşmək mənim üçün böyük şərəf idi”.

Politoloq hesab edir ki, Heydər Əliyevin BP və digər korporativ biznes nəhəngləri ilə apardığı bu qrossmeyster partiyası və onun imzaladığı sazişlər ciddi tədqiqat obyekti olmalıdır. Çünki o dövrdə həm Azərbaycanda, həm də Gürcüstanda çox qeyri-sabit vəziyyət mövcud idi. Belə bir uğura nail olmaq demək olar ki, çox çətin yerinə yetirilən bir tapşırıq idi. Amma Heydər Əliyev bu tapşırığın öhdəsindən gəldi.

Qeyd edək ki, bu gün Gürcüstan paytaxtı Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ucalır. İndi bu park həm soydaşlarımızın ziyarət yerinə, həm də turistlərin ən çox seyr etdiyi məkana çevrilib.

Kür çayının sağ sahilində yerləşən Heydər Əliyev küçəsində isə Ulu Öndərin xatirə lövhəsi qoyulub.

Ulu Öndərin daha bir abidəsi Rustavi şəhərindədir.

Məlumat üçün qeyd edək ki, Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar SOCAR-ın Gürcüstan nümayəndəliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin birgə təşkilatçılığı ilə bu ölkədəki Botanika bağında “Heydər Əliyev nar bağı” salınıb. Burada müasir Azərbaycan dövlətçiliyinin banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsi əbədiləşdirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri