Yuri Nikolayeviç Jdanov: Heydər Əliyev yalnız Azərbaycan xalqının qəhrəmanı deyil
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 22 avqust, AZƏRTAC
Heydər Əliyev yalnız Azərbaycan xalqının qəhrəmanı deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Laçında Baş Prokurorluq tərəfindən təşkil olunan beynəlxalq konfransda MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov deyib.
İcraçı katib bildirib: “Yaşadığım dövrün bir nümayəndəsi kimi qeyd edə bilərəm ki, böyükmiqyaslı Baykal-Amur magistralının tikintisi layihəsinin uğurla həyata keçirilməsində həmin illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuş, ikiqat Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyevin həlledici rolu olub. Bu görkəmli şəxsiyyət yalnız Azərbaycan xalqının qəhrəmanı deyil. Biz hamımız onu böyük hörmət və minnətdarlıq hissi ilə xatırlayırıq!”.
Qeyd edək ki, Laçında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilir. Baş prokuror Kamran Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani, Baş Prokurorluğun rəhbər heyəti, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, ərazi və ixtisaslaşdırılmış prokurorlar, eləcə də digər qonaqlar iştirak edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Avqust 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















