Icma.az
close
up
RU
Gürcü xalqı Avropa İttifaqından üzr gözləyir Parlament sədri

Gürcü xalqı Avropa İttifaqından üzr gözləyir Parlament sədri

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Gürcüstan parlamentinin sədri Şalva Papiuaşvili Avropa İttifaqını (Aİ) ölkədə baş verən etiraz aksiyalarında zorakılığı dolayısı ilə dəstəklədiyinə görə üzr istəməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Aİ-nin ali nümayəndəsi Kaya Kallas və Avropa Komissarı Marta Kos Gürcüstanda keçirilən yerli seçkilərlə bağlı birgə bəyanatla çıxış ediblər. Onlar qeyd ediblər ki, seçkilər fikir plüralizminin boğulması, müstəqil mediaya qarşı təzyiqlər və vətəndaş cəmiyyətini dəstəkləyən qanunların qəbul edilməsi fonunda baş verib.

Bəyanatda, həmçinin, bütün tərəflər zorakılıqdan çəkinməyə, saxlanılan şəxslərin azad edilməsinə və dialoqa dəvət olunub.

Papiuaşvili Aİ rəsmilərinin bəyanatına cavab olaraq bildirib ki, Avropa İttifaqı zorakı aksiyalara dəstək verdiyinə görə üzr istəməlidir: “Əgər düzgün başa düşürəmsə, xanım Kallas və xanım Kos hakimiyyəti devirmək məqsədi daşıyan mitinqə verilən dəstəyə, o cümlədən Prezident sarayına hücum zamanı 25 polis əməkdaşının xəsarət almasına görə üzr istəmirlər. Halbuki, bu gün Gürcü cəmiyyəti məhz bu üzrü Avropa İttifaqından gözləyir”, - deyib.

Parlament sədri həmçinin Avropa İttifaqı rəsmilərini dezinformasiyanın yayılmasından çəkinməyə çağırıb: “Bir daha Aİ nümayəndələrini reallığa uyğun olmayan, yalan məlumatların tirajlanmasından çəkinməyə çağırıram. Belə məlumatlar radikal qüvvələrin demokratiyanı, hüququn aliliyini və insan hüquqlarına hörməti sarsıtmaq cəhdlərini stimullaşdırır”, - deyə o qeyd edib.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər 4 oktyabr 2025-ci il tarixində keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” partiyası 64 bələdiyyənin hamısında səslərin 80%-dən çoxunu qazanaraq ikinci tura ehtiyac qalmayıb.

Səsvermənin başa çatmasının ardından, paytaxt Tbilisidə vəziyyət gərginləşib. Etirazçıların bir qismi Prezidentin iqamətgahına hücum edərək hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərib. Hadisələr zamanı qarşıdurmalar yaşanıb və nəticədə beş aksiya təşkilatçısı saxlanılıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri