Icma.az
close
up
RU
Gürcü xalqı təxribatlara inanarsa, gələcəkdə ölkə böyük çətinliklərlə qaşılaşacaq ŞƏRH

Gürcü xalqı təxribatlara inanarsa, gələcəkdə ölkə böyük çətinliklərlə qaşılaşacaq ŞƏRH

Operativmedia saytına istinadən Icma.az xəbər verir.

"Bu gün biz Gürcüstan, Ermənistan və bölgəmizdə baş verən hadisələrə Qərb-Rusiya qarşıdurmasının təzahürü kimi baxmalıyıq. Qərb ölkələri, Rusiyanın təsirini zəiflətmək məqsədilə, Gürcüstanda da Rusiyaya qarşı cəbhə açmaq istəyirlər. Eyni zamanda, bölgəmizdə öz mövqelərini gücləndirməyə çalışırlar. Bu siyasətin əsas səbəbi və məqsədi bölgəmizdə güclənmək və burada strateji üstünlük əldə etməkdir. Bu proses, təbii olaraq, bölgədə gərginliyə və qarşıdurmalara səbəb olur. Bunun səbəbi isə bir sıra Qərb ölkələrinin bölgəmizdə öz siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışmalarıdır". 

Bu sözləri “Operativ Media”ya Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Depuatat bildirib ki, ona görə də, bu gün biz stabilləşməni görmürük: "Çünki bu qüvvələr mütləq şəkildə qarşılarına məqsəd qoyublar ki, Gürcüstanda çevrilişə nail ola bilsinlər. Bunun üçün də bütün güclərini səfərbər ediblər və vəziyyəti öz xeyirlərinə yönləndirməyə çalışırlar. Bu yanaşma ölkəmizin daxili siyasətinə müdaxilə etmək istəyən qüvvələrin strategiyasının bir hissəsidir. Biz davamlı olaraq qarşıdurmaları və problemləri açıq şəkildə görürük. Etirazlarda təqdim olunan, guya Gürcüstanın Qərbə inteqrasiya olmaq istədiyi fikirləri ciddi şəkildə təhlil etməliyik. Hakimiyyət isə öz növbəsində, bu ideyalara qarşı çıxaraq Rusiyaya yaxınlaşmağı seçib. Lakin, bu məlumatların heç bir real əsası yoxdur. Qeyd etdiyimiz kimi, bu fikri yayanlar yalnız öz dar maraqlarını təmin etməyə çalışırlar. Gürcü xalqı bunu bilməlidir və təxribatlara uymamalıdır.

Əgər bu təxribatlara Gürcü xalqı inanarsa, gələcəkdə Gürcüstanı böyük çətinliklər gözləyir. Bunu nəzərə alaraq, onlar öz ölkələrinin gələcəyini düşünərək, mövcud vəziyyəti diqqətlə qiymətləndirməlidirlər. Gürcü xalqı bu təhdidləri aşaraq, daha firavan və sabit bir gələcək qurmaq üçün diqqətli olmalı və öz milli maraqlarını qorumağa çalışmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 05 Dekabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri