Gürcüstan Baş naziri: Azərbaycanla əməkdaşlığımızın dərinləşməsində maraqlıyıq
Icma.az bildirir, Apa.az portalına istinadən.
Biz bir-birimizin milli və strateji maraqlarını nəzərə alırıq.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuat konfransında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
İrakli Kobaxidze deyib ki, həyata keçirilən birgə layihələrin iqtisadi, siyasi və strateji əhəmiyyəti var: “Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu maraqları gücləndirmək bizim marağımızdadır. Biz bütün sahələr üzrə tərəfdaşlığımızı, əməkdaşlığımızı intensivləşdirməyə hazırıq. Azərbaycan Gürcüstanın 5 əsas tərəfdaşı sırasındadır, Hökumətlərarası Komissiyanın iclasında da bunu müzakirə etdik. Biz əməkdaşlığımızın dərinləşməsində maraqlıyıq. Bunun üçün Gürcüstan tərəfi əlindən gələni edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 17 Yanvar 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















