Gürcüstan hökuməti növbəti iki il üçün iqtisadi islahatlar proqramını Avropa Komissiyasına təqdim edib AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tbilisi, 23 yanvar, AZƏRTAC
Gürcüstan hökuməti “2025-2027-ci illər üçün İqtisadi İslahatlar Proqramı”nı Avropa Komissiyasına (AK) təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, Gürcüstan hökuməti əvvəlcədən nəzərdə tutulan müddətdə Avropa Komissiyasına “2025-2027-ci illər üçün İqtisadi İslahatlar Proqramı” sənədini təqdim edib. Bu, Gürcüstan hökumətinin 2025-ci il 15 yanvar tarixli qərarına əsasən həyata keçirilib.
Qeyd edilib ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkə kimi bu prosesə ilk dəfə 2023-cü ilin sonunda qoşulub. Sənəd Avropa Komissiyası tərəfindən təsdiqlənmiş metodologiya əsasında hazırlanıb və makroiqtisadi, fiskal parametrlərin orta müddətli çərçivəsini əhatə edir. Gürcüstan hökuməti bu proqramın hazırlanmasında “Baxış - 2030 Gürcüstanın İnkişaf Strategiyası”na və digər strateji sənədlərə istinad edib.
Sənəddə, həmçinin 2024-cü ildə Avropa Komissiyası tərəfindən verilmiş tövsiyələrin icrası və əvvəlki illərin iqtisadi proqramlarının qiymətləndirilməsi öz əksini tapıb. Proqramın ilk dörd bölməsi makrofiskal parametrlər və dövlət maliyyəsinin idarə edilməsini, beşinci bölmə isə struktur islahatlarını əhatə edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 23 Yanvar 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















