Icma.az
close
up
RU
Gürcüstan “Maydan”a çevrilməyəcək...

Gürcüstan “Maydan”a çevrilməyəcək...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Rəsmi Tbilisi ölkənin təhlükəli hallarla üzləşdiyini bildirir

Gürcüstanda müxalif qüvvələr növbəti dəfə siyasi çevrilişə əl ata bilərlər. Belə ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib ki, oktyabrın 4-də baş tutacaq bələdiyyə seçkiləri günü müxalifət və xaricdən maliyyələşən QHT-lər ölkədə “Maydan” təşkil etmək istəyirlər. “Bu, bir neçə partiya və QHT-nin xaricdən təzyiq altında tutduğu təhlükəli yoldur. Bu yol birbaşa “Maydan”a, qan tökülməsinə və iğtişaşlara aparır”, - deyə Papuaşvili bildirib. Parlamentin spikeri xatırladıb ki, ötən ilin dekabrında “İsveç hökumətinin nümayəndəsi müxalifəti “Maydan” keçirməyə çağırıb”. Onun sözlərinə görə, “bir neçə siyasi qrup və xaricdən maliyyələşən QHT Gürcüstanda 1990-cı illəri canlandırmağa çalışır. Papuaşvili, həmçinin vurğulayıb ki, Gürcüstanda bəzi xarici ölkələrin səfirlikləri müxalif qüvvələr ilə gizli görüşlər keçirir və onların zorakılığı təşviq edən planlarına dəstək verirlər. Qeyd edək ki,  Gürcüstanın müxalifət cəbhəsində bəzi qüvvələr oktyabrın 4-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri günü “hökumətin dinc yolla devrilməsi” planlarını açıqlayıb. Bu məqsədlə onlar həmin gün axşam saatlarında sakinləri mərkəzi Rustaveli prospektində toplaşmağa çağırır.

Qərb niyyətindən əl çəkməyib

Bir neçə gün bundan öncə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze yerli KİV-lərə mühasibəsində bildirib ki, Qərbdəki bəzi dairələr Gürcüstanda dövlət çevrilişinə əl atmağa cəhd edirlər. Onun sözlərinə görə, Gürcüstan təhlükəli hallarla üzləşib. “Ukraynadan Gürcüstana gətirilən heksogen maddəsi ilə bağlı alınan izahatlar və etiraflar sübut edir ki, düşmən sakitləşməyib. Onlar Gürcüstanda dövlət çevrilişi, qan tökülməsi, inqilab və insanlar arasında qarşıdurma təşkil etmək üçün bütün cəhdləri edirlər,” - deyə K.Kaxadze bunun çox ağır fakt olduğunu vurğulayıb; “Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarına qabaqlayıcı tədbirlərə görə təşəkkür edirəm. Bildiyimə görə, istintaq davam edir. Suallar çoxdur, gözləmək lazımdır. Bu cinayət növü ilə məşğul olmaq çox ağır faktdır”. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bəyan edib ki, Gürcüstanda hər hansı qarışıqlığa, çevriliş cəhdinə yol verilməyəcək və bu istiqamətdə istənilən cəhdə maksimal səviyyədə sərt cavab veriləcək. “Gürcüstanda müxalifət tamamilə zəifləyib, ümidsiz vəziyyətdədir və belə bir vaxtda istənilən təxribatlar mümkündür”.  Baş nazir qarşıdakı 4 oktyabr seçkilərində müxalifətin uğur qazana bilməyəcəyini də diqqətə çatdırıb. “Biz əvvəlki seçkilərdə olduğu kimi, yenə də qələbə qazanacağıq. Təbii ki, bununla barışmayan və xaricdən maliyyələşən müxalif qüvvələr ölkədə qarışıqlıq yaratmaq istəyəcəklər. Dövlət buna imkan verməyəcək və istənilən təxribatların qarşısı sərt şəkildə alınacaq”. Gürcüstan rəsmiləri ilə yanaşı, gürcü ekspertləri də bu məsələyə öz münasibət bildirib - onlar hesab edirlər ki, Gürcüstanın daxilində olan bəzi qüvvələr Qərb dövlətlərinin maraqlarına xidmət edirlər.

Dövlət Departamentinin sabiq rəsmisindən etiraf

Bir müddət bundan öncə ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Mayk Benz Gürcüstandakı siyasi prosesləri şərh edərkən bildirib ki, 2024-cü ilin oktyabrın 26-da Gürcüstanda baş tutmuş parlament seçkiləri ərfəsində Qərbdə bəzi dairələr bu ölkədə üsyanlar təşkil etmək üçün yerli QHT-lərdən istifadə etməyə çalışıb. Onun sözlərinə görə, Qərbin Şərqi Avropa ölkələrində “Fara” kimi qanunların qəbulunu demokratiya üçün təhlükə adlandırması absurd və tamamilə ağılsızlıqdır. Benz deyib ki, reallıqda Qərb şəffaflıq haqqında qanunların qəbulunun QHT-lərin əsl mahiyyətini və məqsədlərini ifşa edəcəyindən ehtiyat edir. “Gürcüstanda, Serbiyada və ya Macarıstanda üsyan təşkil etmək istəyəndə Qərbdəki dairələr QHT şəbəkəsinə və ya vətəndaş cəmiyyətinə müraciət edirlər. Macarıstan, Slovakiya, Serbiya və ümumiyyətlə, Şərqi Avropanın postsovet ölkələri şəffaflıq haqqında qanunlar qəbul etməyə və onların vətəndaş cəmiyyətinin nə dərəcədə xarici hökumətlər tərəfindən maliyyələşdirildiyini öyrənməyə cəhd edəndə isə müəyyən vasitələrlə etiraz edirlər”, - deyə Benz əlavə edib: “Təsəvvür edin ki, insanlar küçələrə çıxıb, onların cəmiyyətdə bir xarici gücün maliyyələşməsi ilə bağlı məlumatlara sahib olmalarını tələb edirlər. Bizdə “Xarici agentlərin qeydiyyatı haqqında” qanun var. Agentlər hərəkət edirsə, biz bunu demokratiya üçün təhlükə adlandırırıq, çünki bu, QHT-lərin maskasını açacaq və insanlar onların əsl üzünü biləcəklər. Bu isə yolverilməzdir”.

Qərb “Gürcü Arzusu”ndan niyə narazıdır?

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qərb Gürcüstanda öz maraqlarına xidmət edən qüvvələrin hakimiyyətə gəlməsini istəyir. “Gürcüstanda son parlament seçkilərindən sonra Qərb ilə Tbilisi arasında münasibətlər kəskin şəkildə soyuyub. Qərb Gürcüstanın hazırkı hakimiyyətinin xarici siyasətindən narazıdır. Hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan koalisiyası”nın Rusiya ilə münasibətləri normallaşdırması və Qərbin Ukrayna siyasətində eyni mövqedən çıxış etməməsi Qərbdəki bir çox dairələr tərəfindən narazılıqla qarşılanıb. Onlar Gürcüstan iqtidarını Rusiyanın nəzarəti altında olan qüvvə kimi qiymətləndirirlər. Buna görə də uzun müddətdir ki, Qərbin Gürcüstana qarşı təzyiqləri artıb - parlament seçkiləri ərəfəsində gürcü müxalifətinə ciddi şəkildə dəstək nümayiş etdirildi. Qərbdəki dairələrin əsas istəyi bu idi ki, son parlament seçkilərində Qərb meyilli və Qərbin maraqlarına xidmət etməyə hazır olan siyasi qüvvələr qalib gəlsin. Amma bu, baş vermədi. “Gürcü Arzusu - Demokratik Gürcüstan” koalisiyası əlində olan mexamizmlərdən istifadə edərək hakimiyyətini daha da möhkəmləndirdi.  Həm parlament, həm də prezident seçkilərində hakim koalisiya tam yekdiklə xalqın etimadını qazandı. Hesab edirəm ki, oktyabrın 4-də baş tutacaq bələdiyyə seçkilərində də hakimiyyətdə olan qüvvələrin qələbə qazanması ehtimalı böyükdür. Müxalifətin isə hakimiyyətə təsir göstərmək imkanları yoxdur. Onlar əvvəlki kimi xaricdən maliyyə ala bilmirlər və “Xarici agentlər” haqqında qanunun qəbul edilməsi ilə onlar bu imkandan məhrum olublar”. 

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Sentyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri