Icma.az
close
up
RU
Gürcüstanda Maydan olmayacaq!

Gürcüstanda Maydan olmayacaq!

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Artıq üçüncü ildir ki, Gürcüstanın ukraynalaşdırılmasına nail ola bilməyən avropalı siyasətçilər və bürokratlar davamlı şəkildə ölkəni zəiflətməyə çalışırlar. Amma noyabrın 29-da Gürcüstanda hamı bir daha əmin oldu ki, bizim ölkədə “Milli Maydan” ola bilməz.

Turkustan.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə deyib.

Baş nazir bildirib ki, dünənki şiddətli mitinqə görə əsas məsuliyyət konkret olaraq Avropa siyasətçiləri və bürokratları ilə yanaşı, dörd siyasi partiyanın təmsil etdiyi “beşinci kolon” olan “yerli agentlər”in də üzərinə düşür.

“Dünən aydın oldu ki, radikallar və onların xarici himayədarları hər zaman ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə tapmağa çalışırlar. Amma unudurlar ki, Gürcüstan güclü təsisatları və ən əsası, təcrübəli, müdrik insanları olan, heç kimin gücünü sarsıda bilməyəcəyi müstəqil dövlətdir”, - deyə Baş nazir vurğulayıb.

Hökumət başçısı, eyni zamanda, diqqətə çatdırıb ki, “Maydan” ssenarisi Gürcüstanda həyata keçirilə bilməz. Gürcüstan güclü dövlətdir və buna imkan verməyəcək.

Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları üç gündür davam edir və nümayişçilərin dağıdılması ilə yekunlaşır. Müxalifət tərəfdarları Gürcüstan hakimiyyətinin noyabrın 28-də ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq qərarına etiraz edirlər./modern.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Noyabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see294

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see246

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see246

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see215

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see199

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see191

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see189

Antibiotiklər hər qızdırmada lazımdırmı?

05 İyul 2026 08:41see177

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see173

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see173

DÇ 26: Braziliya Norveçə qarşı YENİLƏNİR

05 İyul 2026 17:44see168

Naməlum şəxslər Yəmən sularında gəmiyə hücum ediblər UKMTO

05 İyul 2026 14:12see166

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see160

“Nokia” süni intellekt funksiyasına malik düyməli telefonlar buraxıb

05 İyul 2026 17:29see160

Oynayıram ya yox, millidə hər zaman vacib rolum olacaq Kriştiano Ronaldo

05 İyul 2026 23:00see157

Vaşinqtonda Müstəqillik Günü tədbirinin iştirakçıları fırtına səbəbilə təxliyə edilir

05 İyul 2026 05:39see154

Usman Nurməhəmmədov Mahaçevin şanslarını dəyərləndirdi

05 İyul 2026 17:24see154

Enerji içkisi sevənlər oxusun

05 İyul 2026 04:05see151

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see149

Ronaldu yenə sərt danışdı: “O günü özüm seçəcəyəm”

05 İyul 2026 23:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri