“Gürcüstan Milli Muzeyinin İslam incəsənəti kolleksiyası və İrəvan Sərdar sarayındakı dəzgah boyakarlığı əsərləri” mövzusunda mühazirə
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info Azərbaycan Milli İncəsənət Muzeyinə istinadən xəbər verir ki, “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisinin bağlanış mərasimi çərçivəsində təşkil olunan mühazirədə Gürcüstan Milli Muzeyinin kolleksiyasında qorunub saxlanılan İslam incəsənəti nümunələri haqqında ətraflı bəhs edilib. Bu əsərlərin texniki və üslubi xüsusiyyətləri, regionun tarixi-mədəni kontekstində tutduğu yer diqqətə çatdırılıb.
Eyni zamanda, vaxtilə İrəvan Sərdar sarayında mövcud olmuş və dövrün saray mədəniyyətini əks etdirən dəzgah boyakarlığı əsərləri müzakirə obyektinə çevrilib. Sərgidə nümayiş olunan sözügedən portretlərin bədii-estetik xüsusiyyətləri, ikonografiyası, texniki icra üsulları və Qafqaz regionunun incəsənət tarixindəki əhəmiyyəti muzey materialları əsasında təqdim edilib.
Mühazirə zamanı İrina Koşoridzenin həmmüəlliflərindən biri olduğu “Mirzə Qədim İrəvani: zamanların qovşağında” kitabı ətrafında da müzakirələr aparılıb. Nəşrdə Gürcüstan Milli Muzeyində qorunan və İrəvan Sərdar sarayına aid ədəbi qəhrəmanları əks etdirən iki portret üzərində aparılmış yeni atribusiyalar xüsusi olaraq vurğulanıb. Mühazirə geniş diskussiya və auditoriyanın suallarının cavablandırılması ilə yekunlaşıb.

Tədbir çərçivəsində quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərovun Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığına həsr olunmuş “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirilib.
Mühazirə və film nümayişi sənətkarın yaradıcılığını mədəni-tarixi kontekstdə bir daha ön plana çıxararaq “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisinin bağlanışını məzmunlu və yaddaqalan elmi-mədəni hadisə kimi tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 02 Fevral 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















