Icma.az
close
up
RU
Gürcüstan MSKnın iclasında dava: sədrin üstünə boya atıldı

Gürcüstan MSKnın iclasında dava: sədrin üstünə boya atıldı

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkilərinin nəticələrinin yekununa həsr edilən iclası qalmaqal və dava ilə başlayıb.

Sitat.info Gürcüstan mediasına istinadla xəbər verir ki, komissiyanın müxalifətçi üzvü, Milli Hərəkatın nümayəndəsi David Kirtadze Mərkəzi Seçki Komissiyasının sədri Georgi Kalandarişvilinin üzərinə qara boya töküb.

“Siz gürcü xalqını eşitmirsiniz, etirazçıların tələbələrini dinləmirsiniz. Siz Gürcüstanın, bizim gələcəyimizi əlimizdən aldınız, ölkəmizi Rusiyaya tərəf qovursunuz. Mən sizə sədr də deyə bilmərəm, siz “nöqtə ru” sunuz. Sən qara ləkəsən”, – deyə Kirtadze bir stəkan tünd rəngli mayeni Kalandarişvilinin üzünə atıb.

Bundan sonra dava düşüb və iclas yarımçıq kəsilib.

Hakimiyyətin əleyhdarları hesab edirlər ki, seçkilər zamanı səsvermənin gizliliyi pozulub - bülletenlərin arxa tərəfində marker işarələri var. Onlar təkid edirlər ki, bu səbəbdən elektron seçki qutuları quraşdırılan məntəqələrin 90 faizində seçkinin nəticələri ləğv edilməlidir. Yerli qeyri-hökumət təşkilatlarının və müxalifətin müvafiq tələbləri Gürcüstan məhkəmələri tərəfindən təmin edilməyib.

Eyni zamanda MSK-nın ofisinin yaxınlığında etiraz aksiyası keçirilir. Orada seçkilərin saxtalaşdırıldığını hesab edən bir neçə yüz adam toplaşıb. Etirazçılar arasında həm müxalif siyasətçiləri, həm də sadə vətəndaşlar var. Hadisə yerinə çoxlu sayda polis səfərbər edilib.

Qeyd edək ki, 26 oktyabrda keçirilən seçkilərdə hakim Gürcü Arzusu 53,93% səslə qalib gəlib. Dörd müxalifət partiyası beş faizlik baryeri keçərək parlamentə düşə bilib: “Dəyişiklik üçün Koalisiya” (11%), “Birlik – Milli Hərəkat” (10,16%), “Güclü Gürcüstan” (8,8%), “Gürcüstan üçün Qaxariya” (7,76%).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sitat.info
archiveBu xəbər 16 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see340

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see227

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see217

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see213

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see210

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see208

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see198

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see198

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see194

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see194

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see192

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see175

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see172

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see171

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see168

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see165

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see164

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see164

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see163

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri