Gürcüstan müxalifəti “bosslarının” tapşırığını yerinə yetirir və gəncləri qurban verir
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gürcüstan müxalifəti etiraz aksiyalarında gəncləri qurban verir və bu da kənardan “bossların” tapşırığı ilə olur.
Missiya.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Müxalifsiyasətçilərinin məsuliyyəti çox böyükdür - onlar, əlbəttə ki, özlərini nəyə cəlb etdiklərini başa düşürlər. Amma “bosslarının” tapşırığıdır və bundan imtina etmək sadəcə mümkün deyil, agentin taleyi belədir... Ən acınacaqlısı odur ki, insanları, o cümlədən gəncləri qurban verirlər”, - deyə, Baş nazir hökumətin iclasında deyib.
Dekabrın 2-nə olan məlumata görə, Gürcüstanda etiraz aksiyaları zamanı 200-dən çox adam saxlanılıb. Ölkə polisinin məlumatına görə, 98 nəfərə qarşı qaldırılan işlərin materialları artıq məhkəməyə təqdim edilib. Respublika Daxili İşlər Nazirliyinin qeyd etdiyi kimi, aksiyalar zamanı 113 polis əməkdaşı yaralanıb. Onlardan dördü tibb müəssisələrindədir.
Elcan
Missiya.Az
Baxış sayı:65
Bu xəbər 02 Dekabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















