Gürcüstan Rusiya ilə sərhədi bağladı
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Gürcüstan-Rusiya sərhədindəki "Dəryal" (Kazbegi - Yuxarı Lars) gömrük-buraxılış məntəqəsində təbii fəlakətlərin erkən xəbərdarlığı üzrə avtomatik sistem aktivləşib.
Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.
Təhlükəsizlik qaydalarına əsasən, sərhəd-keçid məntəqəsindən vətəndaşlar, eləcə də bütün işçi heyəti - patrul və sərhəd polisi işçiləri, gömrük əməkdaşları, özəl müəssisələrin nümayəndələri təxliyə olunublar.
Profilaktik tədbir kimi, sərhədyanı Qveleti kəndi ərazisində bütün növ nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq məhdudlaşdırılıb. Hazırda sensorların hansı səbəbdən aktivləşdiyi bilinmir.
Qeyd edək ki, Devdoraki dərəsindəki həyəcan siqnalı ilə əlaqədar sonuncu dəfə təxliyə prosesi 26 avqust 2026-cı il tarixində olub. Həmin vaxt sel və daşqın ehtimalları öz təsdiqini tapmamış, sərhəd-keçid məntəqəsi isə bir neçə saat sonra adi qaydada fəaliyyətini bərpa etmişdi.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 25 Sentyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















