Icma.az
close
up
RU
Gürcüstan və Azərbaycan indiyə qədər birlikdə bir çox önəmli layihələri icra ediblər

Gürcüstan və Azərbaycan indiyə qədər birlikdə bir çox önəmli layihələri icra ediblər

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Azərbaycan və Gürcüstanın sıx dostluq, müttəfiqlik əlaqələrini həm region ölkələri üçün, həm də bütövlükdə beynəlxalq münasibətlər müstəvisindən nümunəvi hesab etmək olar. Bu gün iki ölkənin dövlətlərarası münasibətləri ən yüksək səviyyədədir. Eyni zamanda, dövlətlərimiz strateji tərəfdaşlıq münasibətləri qurduğu kimi, Azərbaycan və gürcü xalqlarının qonşuluq münasibətləri də sülh, mehribanlıq, qardaşlıq prinsipləri əsasında gün-gündən daha da möhkəmlənir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin dövlət başçısı kimi ilk xarici səfərini məhz Azərbaycana gerçəkləşdirməsi də əlaqələrimizin ən üst səviyyədə olduğunu göstərir.
Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirildi. Daha sonra isə Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Gürcüstan və Azərbaycan indiyə qədər birlikdə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir.
Haqqında bəhs etdiyimiz bu layihələr təkcə iki ölkənin iqtisadi maraqları ilə məhdudlaşmır. Bu layihələr, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da olduqca mühüm rol oynayır. Bu mənada, Prezident İlham Əliyev bizi birləşdirən bir çox sərmayə layihələrinin təkcə Gürcüstan və Azərbaycan üçün yox, çox böyük bir coğrafiya üçün önəmli olduğunu söyləməkdə tamamilə haqlıdır. Ona görə də dövlət başçımızın vurğuladığı kimi əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək əsla mümkün deyil.
Nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən bu layihələr məhz Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlıq münasibətləri qurmaları nəticəsində özlərini səmərəli və uğurlu layihələr kimi təsdiqləyiblər. Prezident İlham Əliyev mətbuata bəyanatında onu da bildirdi ki, hazırda Gürcüstan da daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir: "Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır".
Dövlətimizin başçısı çıxışında regionda dayanıqlı sülh və sabitliyin bərqərar olunması məsələsinə də toxundu və bunun hər iki ölkənin birgə marağında olduğunu vurğuladı. O, həmçinin uzun illər ərzində münaqişə və müharibə arenasına çevrilən Cənubi Qafqazın qara səhifələrinin bağlanacağına ümid etdiyini bildirdi: "Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq".
Öz növbəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili də mətbuata bəyanatında Gürcüstan və Azərbaycanın həmişə bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiklərini bildirdi. Gürcüstan Prezidenti kimi ilk xarici səfərini Azərbaycana gerçəkləşdirdiyini və bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etməyin özü üçün vacib olduğunu qeyd edən M.Kavelaşvili, bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətlərinin vurğulandığını diqqətə çatdırdı. Bəli, söhbət məhz xüsusi qonşuluq münasibətlərindən gedir. Bu mənada, yüksək səviyyəli Gürcüstan-Azərbaycan münasibətləri Ermənistan üçün də örnək sayıla bilər. Ermənistanın təxribatçı-davakar siyasəti onu bölgə ölkələri ilə normal münasibətlər qurmaqdan məhrum edir.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsinin vacib olduğunu vurğuladı və eyni zamanda, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcəklərinə qəti əminliyini bildirdi: "Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir".
Beləliklə, Cənubi Qafqaz ölkələri dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub, düzgün və ardıcıl siyasətlə regionun potensialından tam istifadə etməklə regionmuzun dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməsini təmin edə bilərlər. Azərbaycan və Gürcüstan artıq uzun illərdir ki, məhz bu yolu seçiblər. Ermənistan da Azərbaycan və Gürcüstanın sülh və əməkdaşlıq təşəbbüslərinə qoşulmalıdır. Regionun təhlükəsizliyini və sabitliyini təmin etmək hamımızın ümumi maraqlarına cavab verir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri