Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan və Çin bir biri ilə çox önəmli tərəfdaşlardır

Azərbaycan və Çin bir biri ilə çox önəmli tərəfdaşlardır

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Çinin dünyanın supergüclərindən biri olduğunu, eləcə də dünyanın ikinci və sürətli şəkildə inkişaf edən iqtisadi gücü olduğunu nəzərə alaraq deyə bilərik ki, Prezident İlham Əliyevin Çinə səfəri və ümumiyyətlə iki ölkə arasında münasibətlərin inkişafı olduqca əhəmiyyətlidir.
Hazırda dünyada baş verən geosiyasi proseslər fonunda iki ölkə arasındakı münasibətlərin inkişafı xüsusi olaraq aktuallıq təkil edir. Çinin tutduğu mövqe, Azərbaycanın isə sürətlə inkişaf edən və Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlmiş ölkə olması iki ölkə arasında daha geniş əməkdaşlığı şərtləndirir.
Məlum olduğu kimi ölkəmizlə Çin arasında əlaqələr dərin tarixə malikdir. Hələ 2500 il əvvəl tarixi “İpək yolu” vasitəsilə xalqlarımız arasında formalaşan mədəni və ticari əlaqələr sonrakı dövrdə də mütəmadi olaraq müxtəlif sahələrdə inkişaf edib və möhkəmlənib. Bu gün iki ölkə arasındakı münasibətlər qarşılıqlı faydalılıq və etimad prinsiplərinə əsaslanır. Hər iki ölkə bir-biri üçün olduqca önəmli tərəfdaşdır. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir, belə ki, ÇXR Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb. Çox keçmədən isə, yəni, 2 aprel 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. Keçən dövr ərzində Bakı – Pekin münasibətləri tarixi ənənə və müasir geosiyasi reallıqlar fonunda dinamik şəkildə inkişaf edib. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır. Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, Azərbaycan isə öz növbəsində Tayvanla bağlı məsələlərdə Çinin prinsipial mövqeyini müdafiə edərək “Vahid Çin” pronsipinə dəstəyini ifadə edib.
İki ölkə arasında münasibətlərin inkişfaında ən önəmli məqamlardan biri Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu oldu.
Bundan sonra Azərbaycan-Çin münasibətləri daha da inkişaf etməyə başladı. Təsadüfi deyil ki, bu gün Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşür. Çin ölkənizin dördüncü böyük ticarət tərəfdaşıdır və əsas idxal mənbəyi qismində çıxış edir.
Ölkəmizin “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəm də Azərbaycan ilə Çin arasındakı münasibətlərdə xüsusi yer tutur. Azərbaycanda həyata keçirilən nəqliyyat və infrastruktur layihələri “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsinə mühüm töhfə verdiyi üçün Orta Dəhliz Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün təhlükəsiz və sərfəli alternativ marşruta çevrilib. Başqa sözlə desək Çin bu yolun Şərq tərəfdə başlanğıcıdırsa, Azərbaycan mühüm tranzit məkanıdır. Özü də burada yalnız Qərb-Şərq istiqaməti nəzərdə tutulmur - ÇXR-in Sədri Si Cinpinin vurğuladığı kimi, Azərbaycan Şimal-Cənub istiqamətində də vacib rol oynaya bilər. Azərbaycana çatan istənilən malı hər iki istiqamətdə daşımaq mümkündür. Bununla da, həm Qərb dövlətlərinin, həm də Uzaq Şərq ölkələrinin dünyanın müxtəlif regionları ilə ucuz, rentabelli əlaqələr yaratmaq imkanı meydana gəlir.
Bu mənada Çinin Zəngəzur dəhlizi istiqamətində müəyyən töhfələr vermək imkanlarının da nəzərdən qaçırmaq olmaz. Belə ki, Çin Zəngəzur dəhlizinin açılmasına mane olan dairələrə, xüsusən də Ermənistan və İrana təsir göstərə biləcək ölkələrdən biri olaraq bu istiqamətdə müəyyən addımlar ata bilər.
Digər vacib məqam da Çinlə yaşıl enerji sahəsində strateji tərəfdaşlığın perspektivləri ilə bağlıdır. Çin şirkətləri ilə ölkəmizə birabaşa yaşıl enerji sahəsində yatırımlar qoyulması üçün aktiv danışıqlar aparılır.
Odur ki, cənab Prezidentin Çinə növbəti səfərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək yeni layihələr haqqında raılşamalara şahidlik edəcəyimizə şübhə yoxdur.
Yusif Bağırzadə, politoloq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Aprel 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri