Icma.az
close
up
RU
Gürcüstan xalqı milli maraqlara sadiq qaldı

Gürcüstan xalqı milli maraqlara sadiq qaldı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tbilisinin “Azadlıq” meydanına yönələn xaos gecənin zülmətində boğuldu

Gürcüstanda sülh və sabitliyin hər hansı alternativdən üstün dəyər olduğunu bir daha təsdiqləyən anlar yaşanır. Seçkilərdən sonrakı ölkə məhz belə tarixi sınaqlardan şərəflə çıxaraq dövlətçilik təsisatlarının dayanıqlılığını və xalqın müdrikliyini nümayiş etdirdi. Oktyabrın 4-də Qərbyönlü müxalifətin radikal qanadının dövlət çevrilişinə yönəlmiş cəhdi opera müğənnisi Paata Burçuladzenin Tbilisinin Azadlıq meydanında guya “hakimiyyətin xalqa verilməsi” şüarı altında “milli yığıncağın” yaradıldığını elan etməsi və prezident sarayını ələ keçirməyə yönəlmiş qanunsuz addımlar Gürcüstanın konstitusion quruluşunun sarsılmazlığı qarşısında tam uğursuzluqla nəticələndi.

Oktyabrın 4-dən 5-nə keçən gecə ərzində hüquq-mhafizə orqanlarının peşəkar və qətiyyətli fəaliyyəti nəticəsində dövlətə qarşı yönəlmiş xəyanətkar planın qarşısı alındı, çevrilişin əsas təşkilatçıları Paata Burçuladze, Murtaza Zodelava və İrakli Nadiradze həbs edildilər. Həmin hadisələr, sadəcə, hüquqi müstəvidə cinayət aktının qarşısının alınması mahiyyətində qalmadı, eyni zamanda, Gürcüstan cəmiyyətinin və dövlətinin xaosa, anarxiyaya və xarici diktə ilə idarə olunan inqilab ssenarilərinə qarşı aydın və birmənalı mövqeyinin isbatına çevrildi. Sülh və sabitliyin ölkənin gələcək inkişafı üçün əsas şərt olduğunu dərindən anlayan gürcü xalqı küçə demokratiyasının aldadıcı vədlərinə aldanmaq əvəzinə, qanunun aliliyinə və təkamül yolu ilə inkişafa səs verdi.

Oktyabrın 4-də axşam saatlarında Azadlıq meydanında cərəyan edən hadisələr “Qızılgül inqilabı” texnologiyasının klassik, lakin köhnəlmiş elementlərini özündə ehtiva edirdi. Siyasi təcrübəsi şübhə doğuran, incəsənət sahəsindən gələn fiquru – Paata Burçuladzenin kütlə qarşısına çıxarılması prosesə emosional fon vermək və guya, xalq hərəkatı görüntüsü yaratmaq məqsədi güdürdü. “Milli yığıncaq” elanı və “hakimiyyətin xalqa verilməsi” kimi populist şüarlar seçkilərdə məğlub olmuş və demokratik yolla hakimiyyətə gəlmək şansını itirmiş siyasi qüvvələrin niyyətini pərdələyən miskin cəhddən başqa mahiyyət daşımırdı. Lakin ritorikadan əməli addımlara keçid kütlənin prezident sarayına doğru yönləndirilməsi və dövlət binasını ələ keçirməyə çağırışlar həmin dəstənin əsl simasını, onların Gürcüstan üçün sülh və demokratiya yerinə vətəndaş qarşıdurması və idarəolunmaz xaos hazırladığını aşkara çıxardı. Onların planı aydın idi: Dövlət binalarını zəbt etməklə hakimiyyət boşluğu yaratmaq, hüquq-mühafizə orqanları ilə toqquşmalar törədib qan tökülməsinə nail olmaq və beynəlxalq aləmdə Gürcüstanda, guya, humanitar fəlakət, siyasi böhran yaşandığı görüntüsü yaradaraq xarici müdaxiləyə zəmin hazırlamaq.

Çevriliş cəhdinə qarşı Gürcüstan dövlətinin reaksiyası müasir və yetkin dövlətə xas təmkin, peşəkarlıq və qətiyyətin mükəmməl nümunəsi idi. Hüquq-mühafizə orqanları təxribatlara uymadılar, kütləvi güc tətbiqindən çəkinərək radikal dəstələrə vətəndaş qarşıdurması üçün bəhanə vermədilər. Eyni zamanda, dövlət institutlarının mühafizəsi ən yüksək səviyyədə təmin edildi və “çevrilişçilərin” prezident sarayına soxulmaq cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ən mühüm məqam isə dövlətin gücünün intellektual və operativ üstünlükdə təzahür etməsi idi. Xüsusi xidmət orqanlarının əvvəlcədən əldə etdiyi məlumatlar əsasında çevrilişin idarəetmə mərkəzi və əsas fiqurları tam nəzarətə götürülmüşdü. Gecə saatlarında Paata Burçuladze, Murtaza Zodelava və İrakli Nadiradze kimi təşkilatçıların xüsusi əməliyyatla həbs edilməsi, başsız qalan və xarici kuratorlarından məhum olan dağıdıcı dəstənin tamamilə iflic olmasına və səhərə yaxın tamamilə dağılmasına gətirib çıxardı. Hakimiyyət xaos ssenarisinin müəlliflərinə və onların xarici havadarlarına aydın mesaj verdi.

Ölkə 2003-cü ilin Gürcüstanından fərqlənir və heç kimə dövlətin taleyi ilə oynamağa imkan verilməyəcək. Həmin addım həm də bütün potensial təxribatçılara xəbərdarlıq idi ki, siyasi mübarizə yalnız seçki qutusu çərçivəsində aparıla bilər və küçələrdə hakimiyyət dəyişikliyi cəhdləri ən sərt şəkildə cəzalandırılacaq.

***

Hadisələrin acı nəticələri və fiaskonun səbəbləri barədə Gürcüstanın ictimai-siyasi dairələrində aparılan təhlillər diqqət çəkir. XQ-yə danışan “Media Center Mtavari”nin təsisçisi və direktoru Katerina Qulua baş vermiş hadisələri planın tam iflası kimi qiymətləndirdi. O qeyd etdi ki, oktyabrın 4-də “müxalifət planları” tamamilə uğursuzluğa düçar oldu: “Nəticədə 40-a yaxın təxribatçı həbs edildi və bunun davam etməsi gözlənilir. Tbilisinin mərkəzi meydanındakı infrastruktur zədələndi və məhv edildi, aksiyanın minlərlə iştirakçısı isə taleyin ümidinə buraxıldı. Yekunda “etiraz liderləri”nin heç bir planının olmadığı ortaya çıxdı. Onlar mühacirləri, müxtəlif şəhər və kəndlərdən sakinləri paytaxta gətirmiş, onlara “Qələbə” vəd etmişdilər. Amma sonda nə baş verdiyini heç kim anlamadı. Gürcü xalqının missiyası və marağı sülh, əmin-amanlıq və sabit ölkədə yaşamaqdır”.

K.Qulua ölkənin artıq inqilablara və çevrilişlərə dözümünün qalmadığını və keçmiş rejimə qayıdışın gürcü xalqının maraqlarına cavab vermədiyini xüsusi qeyd etdi.

Gürcüstanda yaşayan soydaşımız Turqay Bayramov da qəzetimizə verdiyi açıqlamasında seçkidən sonra baş vermiş hadisələrin burada yaşayan azərbaycanlılar tərəfindən də ciddi narahatlıqla izlənildiyini qeyd etdi. O, Gürcüstanda sülhün və sabitliyin qorunmasının həm gürcü xalqı, həm də onun strateji tərəfdaşı olan Azərbaycan üçün əhəmiyyət daşıdığını vurğuladı. Onun fikrincə, Gürcüstan hakimiyyətinin qanun çərçivəsində atdığı qətiyyətli addımlar və xalqın böyük əksəriyyətinin radikalizmi rədd etməsi, regionun ümumi təhlükəsizliyi baxımından müsbət hadisədir.

***

Demokratik prosesin ayrılmaz hissəsi olan seçki nəticələrini qəbul etməkdən imtina edən, xalqın iradəsini şübhə altına alan və mandatlarını parlamentdə yox, küçələrdə reallaşdırmağa çalışan həmin siyasi qüvvələr, əslində, ölkəni addım-addım siyasi böhrana sürükləyirdilər. Onların yeganə ümidi daxili sabitliyi pozmaqla, ölkənin beynəlxalq imicinə zərbə vurmaqla hakimiyyəti növbədənkənar seçkilərə və ya qeyri-konstitusion yolla hakimiyyət dəyişikliyinə məcbur etmək idi.

Oktyabrın 4-dəki çevriliş cəhdi məhz həmin məsuliyyətsiz və antimilli siyasətin kulminasiya nöqtəsi, demokratik yolla hədəflərinə çata bilməyəcəklərini anlayanların son cəhdi idi. Onlar unudurdular ki, gürcü xalqı artıq vətəndaş müharibəsinin, daxili çəkişmələrin və xaosun ölkəyə hansı fəlakətlər gətirdiyini yaxın keçmişin acı təcrübəsindən bilir. Məhz buna görə də “Azadlıq” meydanına toplaşan kiçik radikal qrup istisna olmaqla, Tbilisi və Gürcüstanın digər bölgələrinin əhalisi həmin avantüraya dəstək vermədi.

Uğursuz çevriliş cəhdinin Gürcüstan və bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm nəticələri və dərsləri var. Birincisi, həmin hadisə, paradoksal olsa da, Gürcüstan dövlətçiliyini daha da gücləndirdi. Dövlət konstitusion quruluşu qorumaq üçün bütün zəruri siyasi iradəyə və gücə malik olduğunu sübut etdi. İkincisi, cəmiyyətdə qırmızı xətlər cızıldı. Siyasi müxalifətçiliklə dövlətə qarşı cinayətkar fəaliyyət arasında aydın sərhəd müəyyənləşdi. Üçüncüsü, Gürcüstanın daxili sabitliyinin bütün regionun təhlükəsizliyi və inkişafı üçün nə qədər həlledici əhəmiyyətə malik olduğu bir daha anlaşıldı.

Oktyabrın 4-dən 5-nə keçən gecə Gürcüstanın müasir tarixinə dövlətçiliyin və qanunun aliliyinin təntənəsi kimi daxil oldu. Xaos və anarxiya planları iflasa uğradı, sülh və sabitlik qalib gəldi. Gürcüstan dövləti və xalqı bütün dünyaya və xüsusilə regiona aydın mesaj verdi ki, ölkənin inkişaf yolu təkamül, demokratik təsisatların gücləndirilməsi və milli maraqlara əsaslanan müstəqil siyasətdən keçir. Uğursuz çevriliş cəhdi təşkilatçılarının həbsi zorakılığın və qanunsuzluğun cəzasız qalmayacağının təsdiqidir. Həmin hadisə Gürcüstan üçün ağrılı sınaq olsa da, eyni zamanda, ölkənin siyasi immunitetini gücləndirən və gələcək təhdidlərə qarşı daha dayanıqlı edən mühüm təcrübə oldu.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see248

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see222

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see218

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see216

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see211

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see191

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see185

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see183

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see182

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see181

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see179

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see174

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see170

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see168

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see165

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see164

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see162

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see160

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see155

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri