Papuaşvili: Gürcüstan hökumətinin qəbul etdiyi bütün qərarlar milli maraqlara və geosiyasi reallıqlara əsaslanıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Tbilisi, 1 fevral, AZƏRTAC
Gürcüstan hökuməti dünyada və regionda sülhün və sabitliyin bərqərar olmasına çalışıb. Hökumətimizin 2022-ci il fevralın 1-də Ukraynadakı eskalasiya ilə bağlı qərarı da bu məqsədə xidmət edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
Onun sözlərinə görə, ümumiyyətlə Gürcüstan hökumətinin qəbul etdiyi bütün qərarlar ölkənin milli maraqlarına və geosiyasi reallıqların düzgün qiymətləndirilməsinə əsaslanıb.
Ukraynada mümkün hərbi eskalasiya ilə bağlı Gürcüstan parlamentinin 2022-ci il fevralın 1-də qəbul edilən parlament qətnaməsi barədə fikirlərini də bölüşən Papuaşvili deyib: “Qətnamənin əsas məqsədi Ukraynanın suverenliyinə dəstək ifadə etmək və bölgədə müharibənin qarşısını almağa çağırış olub”.
Onun sözlərinə görə, həmin vaxt radikal müxalifət bu qətnaməyə səs verməkdən imtina edib.
“Müharibədən bir ay öncə qəbul etdiyimiz qətnamənin mahiyyəti Ukraynanın suverenliyinə hörmət, həmrəylik nümayişi və ən əsası müharibənin baş verməməsinə çağırış idi. Lakin müxalifət qətnamənin Rusiyaya qarşı kifayət qədər sərt olmadığını iddia edərək ona dəstək vermədi”, - deyə, Papuaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Baxış sayı:92
Bu xəbər 01 Fevral 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















