Gürcüstan XİN Avropa İttifaqının nümayəndəsinin ölkəyə buraxılmamasını texniki anlaşılmazlıq adlandırıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Tbilisi, 23 may, AZƏRTAC
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının nümayəndə heyətinin üzvü Saymon Vanderbrukun ölkəyə girişinə icazə verilməməsinə aydınlıq gətirib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan XİN bu hadisəni texniki anlaşılmazlıq adlandırıb.
“Texniki anlaşılmazlıq olub, biz bununla bağlı Avropa İttifaqı ilə əlaqə saxladıq, izahat verildi və məsələ həllini tapıb”, - deyə XİN-dən bildirilib.
Avropa İttifaqı missiyası 2024-cü ilin sentyabrından Gürcüstanda işləyən Saymon Vanderbrukun ölkəyə buraxılmadığını təsdiqləyib. Onların sözlərinə görə, Gürcüstan hökuməti bu hadisəyə görə şifahi üzr istəyib və işçinin öz iş yerinə qayıda biləcəyini təsdiqləyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 23 May 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















