Gürcüstana yeni XİN rəhbəri təyin olundu: Ceyhun Bayramov həmkarını təbrik etdi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstana yeni xarici işlər naziri təyin olunub.
Oxu.Az xəbər verir ki, bu vəzifəyə Maka Botçorişvili seçilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın yeni təyin edilən naziri ilə telefon danışığı aparıb.
C.Bayramov həmkarını Gürcüstanın yeni qurulmuş hökumətində xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib.
Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər.
Ölkələr arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.
Baxış sayı:52
Bu xəbər 02 Dekabr 2024 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















