Gürcüstanda 10 a yaxın partiyanın fəaliyyətinin qadağan ediləcəyi gözlənilir
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Konstitusiya məhkəməsində qaldıracağı iddiaya əsasən ölkədə 10-a yaxın siyasi partiyanın fəaliyyətinin qadağan ediləcəyi gözlənilir.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə partiyanın sədri, Gürcüstanın Baş naziri İrakli Kobaxidze İctimai telekanala müsahibəsində bildirib.
Onun sözlərinə görə, iddia hazırlanır və partiyaların dəqiq sayı bir neçə gündən sonra açıqlanacaq.
İ. Kobaxidze qeyd edib ki, siyahıda illərlə dövlət əleyhinə təxribatla məşğul olan partiyalar, həmçinin Vahid Milli Hərəkatın idarəçiliyi dövründə dövlət vəzifələri tutmuş şəxslərin lideri olduğu birliklər yer alacaq.
Baş nazirin fikrincə, partiyaların ləğvi siyasi plüralizmə təkan verəcək və sağlam siyasi qüvvələrin meydana çıxmasına şərait yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 16 Oktyabr 2025 06:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















