Icma.az
close
up
RU
Gürcüstanda 2 ilə çözülən məsələ: Azərbaycanda niyə illərdir həll olmur?

Gürcüstanda 2 ilə çözülən məsələ: Azərbaycanda niyə illərdir həll olmur?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda sənədsiz evlərlə bağlı problem hələ də öz həllini tapmayıb. 

Bu istiqamətdə bir sıra tədbirlərin həyata keçiriləcəyi, 500 min evə “kupça” veriləcəyi deyilsə də, amma reallıq bunu əks etdirmir.Ancaq bir sıra ölkələrdə, məsələn, qonşu Gürcüstanda bu problem asanlıqla və qısa müddətdə öz həllini tapıb. Belə ki, Gürcüstan 2004-cü ildə problemin köklü şəkildə həllinə qərar verib.

2004-cü ildən 2006-cı ilədək daşınmaz əmlak qeydiyyatında dərin islahatlar həyata keçirib. Bunun üçün Beynəlxalq Bank və Dünya Bankının texniki yardımı ilə vahid "Daşınmaz Əmlak Agentliyi" yaradılıb. Gürcüstanda istənilən vətəndaş internet üzərindən mülkiyyət sənədinə baxa, cəmi 1-2 gün ərzində "kupça" ala bilir. 2012-ci ildən bütünlüklə reyestr elektronlaşdırılıb. Bundan başqa, Gürcüstanda qanunsuz tikililər üçün 2010-cu ildə amnistiya tətbiq olunub. 

Sənədsiz evlərə dövlət tərəfindən status verilib və qeydiyyata alınıb. Nəticədə hazırda Tbilisidə sənədsiz ev demək olar ki, qalmayıb. 
Azərbaycan Respublikasında daşınmaz əmlakın dövlət qeydiyyatı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun (2004-cü il, 12 fevral) ilə tənzimlənir. Qanunun 4-cü maddəsinə əsasən, daşınmaz əmlakın hüquqi statusu yalnız dövlət qeydiyyatından keçməklə təsdiq edilir. Bu sənəd olmadan, yəni "kupça" alınmadan mülkiyyət hüququ tam təsdiqlənmiş sayılmır. 

Qanunsuz tikililərlə bağlı problem niyə Gürcüstanda hələ 2010-cu ildə öz həllini tapdığı halda ölkəmizdə 2025-ci ildə mümkün deyil?  

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanla Gürcüstan arasında olan qanunvericilik bir qədər fərqlidir:

“Bizdə müxtəlif vaxtlarda, çox böyük həcmdə daşınmaz əmlaklar ərsəyə gəlib. Sovet dövründə və bu rejim dağılandan sonra da olub. Bu gün torpaq sahəsinə dair müxtəlif sənədi olan, yaxud heç bir sənədi olmayan evlər də var.

Məhz qaçqın və məcburi köçkünlər tərəfindən zəbt edilmiş əmlaklar olub. 2000-ci ilin əvvəllərindən başlayıb bələdiyyə torpaqlarının üzərində qanunsuz tikililər ərsəyə gəlib, yəni miqyas olduqca böyükdür. Eləcə də şəhərin Baş planlaması Gürcüstanda daha inkişaf etmiş olub, bizdə yox. Yəni səbəblər müxtəlifdir. Ona görə də onların hamısının qeydiyyata alınması və tanınması bizim qanunvericilikdə mümkün deyil. Bunun üçün mərhələ-mərhələ müvafiq qanunlarda dəyişiklik aparılmalıdır.

Normativ hüquqi sənədlər təsdiq olunmalıdır ki, ondan sonra tədricən bu həyata keçirilsin, qeydiyyata alınsın. Onların arasında elə kompakt şəkildə salınmış ərazilər var ki, dövlət onları leqallaşdırsa, bir yanğın baş versə yanğınsöndürən, tibbi yardım maşınları əraziyə çata bilməyəcək.

Kommunikasiya xətlərinin olduğu ərazidə, dəmir yolu xətlərinə 60 metrdən yaxın tikilmiş əmlaklar var. Belə əmlakların ümumiyyətlə heç bir sənədi yoxdur. Hər hansı bir sənədi olan əmlakın leqallaşması daha labüddür, realdır. Bu qədər qeyri-leqal olan bir qanunla leqallaşdırmaq mümkün deyil. Bu gün bələdiyyə torpaqlarımızda hələdə sərhədlər müəyyən olunmayıb.

Biz o problemi həll edə bilməmişik. Amnistiya üçün hüquqi əsaslar yoxdur. Gərək hüquqi normativ sənədlər hazırlansın ki, qanunda bunların həlli üçün əsas yaransın”.

Onun sözlərinə görə, biz yaxın vaxtlarda müəyyən sənədlərin əsasında yalnız onun leqallaşmasını edə bilərik:

“Ölkə başçısının 2015-ci ilin yanvar ayında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Fərmanı var və burada qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı var. 

Bundan başqa 28 sentyabr 2024-cü ildə ölkə başçısının “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərmanı var. Yəni ölkədə hansı torpağın kateqoriyası imkan vermirsə ki, onun üzərində digər əmlaklar inşa olunsun, məsələn, kənd təsərrüfatı zonalarında yaşayış məntəqələri salınıb. Bu torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı artıq prosedur var. Ancaq vətəndaş gedib fərdi şəkildə müraciət etsə ki, “torpağın üstündə mənim qanunsuz tikilim var, onun tanınması lazımdır”, digər qanun hələ formalaşmayıb. Lazımdır ki, icra hakimiyyətləri öz ərazilərində olan bu kimi qanunsuz tikililərlə bağlı hökumətə müraciət etsinlər.

Məsələn, Xəzər rayonu ərazisində kənd təsərrüfatı torpaqları üzərində yaşayış massivi salınıb. Hər rayonun icra hakimiyyəti ərazisində salınmış yaşayış zonaları ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etsin. Qanuna uyğun olaraq şəhərin Baş planına dəyişiklik edilməlidir ki, ondan sonra o ərazidə yaşayan vətəndaşlar onların mülkiyyətində olan qanunsuz tikililəri qanuniləşdirməyə başlaya  bilərlər.

Qanun var, ancaq icra mexanizmi tam formalaşmayıb. Vətəndaşlar fərdi şəkildə müraciət edəndə hökumət onu tanımır ki, icra hakimiyyəti müraciət etməlidir. Nə vaxt bütün ərazinin təyinatı dəyişərsə, o zaman vətəndaşın müraciəti keçərli olacaq.

Çox güman ki, icra hakimiyyətləri hökumətdən bir tapşırıq gözləyirlər. Fikrimcə, təbliğat düzgün aparılsa, qanunsuz salınmış ərazilərin vətəndaşları yerli icra hakimiyyətləri və bələdiyyələrə müraciət etsələr, onlar da bu müraciətə əsasən nəsə edərlər”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Sənədsiz evlər həll Elnur Azadov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyun 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri