Gürcüstanda ali təhsilin müddəti 4 ilə endirilib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Gürcüstan parlamenti “Ali təhsil” haqqında Qanuna düzəlişləri yekun oxunuşda qəbul edib.
APA-nın yerli bürosu xəbər verir ki, hökumətin təşəbbüsü əsasında hazırlanmış layihəni 79 deputat dəstəkləyib, 9-u isə əleyhinə olub.
Düzəlişlərə əsasən, universitet sistemintdə bəzi ixtisaslar istisna olmaqla bakalavr təhsilinin müddəti 3, magistr təhsilinin müddəti isə 1 il müəyyən edilib. Akademik ali təhsil çərçivəsində bakalavr səviyyəsində təhsil proqramı ən azı 180, magistr pilləsində isə ən azı 60 kredit təşkil edəcək.
Əsas düzəlişlərdən biri də ali təhsil sistemində qrant modelinin ləğvi ilə bağlıdır. Bundan sonra Gürcüstan vətəndaşları dövlət ali məktəblərində həm bakalavr, həm də magistr pilləsində tam ödənişsiz təhsil alacaqlar, lakin fakültələr üzrə kvotalar tətbiq ediləcək.
Qeyd edək ki, hazırda Gürcüstan universitetlərində bakalavr pilləsi üzrə təhsilin müddəti 4, magistr pilləsi üzrə isə 2 il təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 10 Dekabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















