Gürcüstanda azərbaycanlı bıçaq zərbələri nəticəsində ölüb
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
51 yaşlı Azərbaycan vətəndaşı Rustavi şəhərində Gürcüstan vətəndaşı olan tanışı, yeniyetməni evinə dəvət edərək onu mənzildə kilidləyib, azadlıqdan məhrum edib və iddialara görə, cinsi zorakılıq məqsədilə fiziki zorakılıq göstərib. Avtosfer.az bu barədə 24News.ge xəbər portalına istinadən xəbər verir.
Məlumata görə, yeniyetmə özünü müdafiə etmək məqsədilə 51 yaşlı şəxsə bıçaq zərbələri endirib. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən həyatını itirib.
Təqsirləndirilənin vəkili Əli Badirov portala açıqlamasında bildirib ki, Rustavi Şəhər Məhkəməsində keçirilən iclasda yeniyetmə barəsində həbs qətimkan tədbiri seçilib.
Əli Badirov məhkəmə iclasından sonra jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, yeniyetmə hadisə zamanı tamamilə özünümüdafiə vəziyyətində olub.
Onun sözlərinə görə, məhkəmə həbs qətimkan tədbirinin seçilməsinin səbəblərini kifayət qədər əsaslandırmayıb və daha yüngül qətimkan tədbirinin, yaxud yüksək məbləğdə girovun tətbiqi mümkün idi.
Baxış sayı:127
Bu xəbər 08 İyun 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















