Gürcüstanda azərbaycanlı kişi qətlə yetirilib Meyiti hissələrə bölünüb
Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində tapılan meyitin 39 yaşlı Mürtəza Rüstəmova məxsus olması müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli “TV Pirveli” kanalı məlumat yayıb.
Məlumata əsasən, soydaşımız 4 ay bundan öncə itkin düşüb və axarışları heç bir nəticə verməyib.
M.Rüstəmovun qohumlarının bildirdiyinə görə, meyit hissələrə bölünüb.
Meyitin aşkarlandığı yerə ekspert-kriminalistlər baxış keçiriblər. İstintaqın hansı mərhələdə olması və şübhəli şəxsin saxlanılıb-saxlanılmaması barədə hələ məlumat yoxdur.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı hər hansı məlumat yaymayıb.
Qeyd edək ki, Qabal kəndində qəbirstanlıq yaxınlığında meyitin tapılması barədə məlumat ötən gün yayılıb. Həmin şəxsin qəbirqazan olduğu bildirilir. Digər məlumatlara əsasən, o, kənddə çobanlıq edib. Ehtimal edilir ki, onun qətlinə bəzi kənd sakinləri ilə mübahisəsi səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 08 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















