Icma.az
close
up
RU
Gürcüstanda bələdiyyələri hansı siyasi qüvvələr formalaşdıracaq?

Gürcüstanda bələdiyyələri hansı siyasi qüvvələr formalaşdıracaq?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrda keçiriləcək seçkilər ölkə üçün yeni sınaq olacaq

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər (majoritar) oktyabrın 4-də 69 bələdiyyədə keçiriləcək. Seçilmək üçün siyasətçilər dörd faizlik baryeri keçməlidirlər. Lakin parlament seçkilərindən bəri davam edən etirazlar fonunda yeni seçkilərin necə keçiriləcəyi və Gürcüstanın ona hazır olub-olmadığı məlum deyil. Müxalifət düşərgəsinin özündə də birlik yoxdur: Seçkiyə getsinlər, yoxsa boykot etsinlər?

Bu gün bütün müxalifət partiyalarının əsas tələbləri sırasında “vicdan məhbuslarının” azadlığa buraxılması və yeni seçkilərin keçirilməsi yer alır. Bu məqsədlərə çatmaq üçün müxalifət beşinci prezident Salome Zurabişvilinin himayəsi altında “Müqavimət platforması” yaradıblar. Amma aydın olub ki, onların arasında birlik yoxdur. Ən azından bələdiyyə seçkilərində iştirak məsələsində. Hətta platformanın proqram sənədində seçkilərin boykot edilməsi ilə bağlı bənd də yer almayıb. Çünki keçmiş baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan naminə Qaxariya” partiyası buna qarşı çıxmışdı. Bu, onu göstərir ki, ölkədəki bütün aparıcı müxalifət partiyalarından yalnız indiyədək üçüncü qüvvə imicini saxlamağa çalışan “Gürcüstan naminə Qaxariya” seçkilərdə iştirak edə bilər.

G. Qaxariyanın özü də yerli orqanlara seçkilərdə iştirak etmək niyyətini gizlətmir. Onun sözlərinə görə, bu, hər bir siyasi qüvvənin əsas vəzifəsidir: “Növbədənkənar parlament seçkiləri və avropapərəst etirazlar fonunda saxlanılanların azad edilməsi prioritet olaraq qalır. Biz qarşıdan gələn istənilən seçkilərə hazırlaşırıq, çünki siyasi partiya hər zaman seçkilərə hazır olmalıdır. Hazırda oktyabrda keçiriləcək parlament və yerli seçkilərə hazırlaşırıq”.

Qaxariyaya, “parlament və bələdiyyə seçkiləri eyni vaxta təyin olunmazsa, hansı addımları atacaqsınız?” sualına cavab verərkən deyib: “Parlament seçkiləri təyin olunandan sonra qərar verəcəyik”.

Göründüyü kimi Qaxariya öz cavabında ehtiyatlıdır. O, oktyabrın 4-də keçiriləcək yerli seçkilərdə iştiraka qəti “yox” demir, lakin hələ də öz mövqeyinə inamı da yoxdur. O əmindir ki, digər siyasi qüvvələr də eyni mövqedən çıxış edirlər: “Hələlik onlar gözləmə mövqeyinə üstünlük verirlər. İndi bu barədə açıq danışmayanlar gözləyirlər ki, Qaxariya nə vaxt qərar verəcək və birinci siyasi zərbəni alacaq ki, sonra hərəkətə keçsinlər”.

Beləliklə, “Gürcüstan naminə Qaxariya” partiyası (ötən il parlament seçkilərində 7,76 faiz toplayıb) yerli orqanlara seçkilərdə iştirak etməklə öz imkanlarını qiymətləndirmək istəyir. Rəhbərliyə görə, bələdiyyə seçkiləri demokratiyaya daha yaxındır, çünki o, insanlara daha yaxın olmağa və yerli problemlərdən danışmağa imkan verir. Qaxariya ümid edir ki, müxalifət Tbilisi və ya Batumidə qalib gəlməklə əhəmiyyətli təsir rıçaqı əldə etmiş olacaq: “Yerli seçkilərdə 4–5 şəhərdə qalib gəlmək şansımız var. Tbilisi, Kutaisi, Batumi, Zuqdidi və Rustavidə müxalifətin mövqeyi güclüdür”.

Keçmiş baş nazir konkret olaraq hansı partiyaların seçkilərdə iştiraka meyilli olduğunu açıqlamayıb. Amma “Dəyişiklik naminə koalisiya”nın” liderindən biri Nika Melia təsdiqləyib ki, bu cür söhbətlər həqiqətən də var. O, “Pirveli TV”nin efirində vurğulayıb ki, müxalifət spektrinin yarısı boykotla bağlı əvvəlki bəyanatlarına baxmayaraq, bələdiyyə seçkilərində iştirak imkanını ciddi şəkildə düşünürlər.

N. Melia da konkret partiyaların adını çəkməməyə üstünlük versə də, komandasının müxalifətin bu addımı atmaması üçün hər cür səy göstərdiyini qeyd edib.

Beləliklə, müxalifətin bir hissəsi israr edir ki, bu gün yerli orqanlara seçkilərdə iştirak etmək siyasi və mənəvi baxımdan qəbuledilməzdir. Onlar hesab edirlər ki, seçkilərdə iştirakla bağlı istənilən söhbət iqtidarla formal əməkdaşlıq kimi qəbul edilir və onu qanuniləşdirmiş olur. Çünki səsvermə iqtidarın qaydalarına uyğun keçiriləcək. Müxalifətin digər hissəsi isə bələdiyyə seçkilərində iştirak etməyə üstünlük verir və inanır ki, siyasi proseslərə təsir edə biləcək.

Müxalifətdən fərqli olaraq iqtidar ölkənin siyasi qüvvələrinin bələdiyyə seçkilərində iştirakında maraqlıdır. Bu yolla “Gürcü arzusu” açıq şəkildə nümayiş etdirmək istəyir ki, qarşı tərəfin fəaliyyətinə təqib yoxdur. “Əgər müxalifətdəki “Vahid Milli Hərəkat” (keçmiş iqtidar partiyası) hakim partiyadan daha populyar olduğunu sübut etmək istəyirsə, qarşıdan gələn bələdiyyə seçkiləri zamanı buna cəhd etsin”. Bu barədə “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib: “Hazırıq ki, cari ilin yerli özünüidarəetmə seçkilərində agent partiyalara əvvəlcə gürcü xalqı layiqli cavab versin və biz bu seçkilərdə peşəkar şəkildə qalib gələk. Daha sonra isə faktlara əsaslanan konstitusion iddia hazırlayaq. Bu iddia, öz növbəsində, Konstitusiya Məhkəməsi tərəfindən obyektiv şəkildə “Vahid Milli Hərəkat”ın qadağan olunması üçün əsas olmalıdır.

...Əminik ki, istintaq komissiyası agent partiyalar və siyasətçilərin fəaliyyətlərini daha da aydın şəkildə ifşa edəcək və biz hamımız birlikdə bu işin nəticələrini məntiqi sonluğa çatdıracağıq. Gözləyirik ki, onların “sahibləri və maliyyəçiləri” göstəriş verəcək və onlar özləri üçün sonuncu seçkilərdə iştirak etməli olacaqlar. Bu seçkilərdə bir daha hamıya göstərəcəyik ki, müstəqil və ləyaqətli Gürcüstanda xarici qüvvələrin hakimiyyəti agentlərlə əvəzləməyə dair hər cəhd tamamilə nəticəsizdir”.

Bununla da “Gürcü arzusu” müxalifət partiyalarına qadağa qoyulmasını yerli seçkilər başa çatanadək təxirə salıb.

Beləliklə, hakim partiya əmindir ki, payızda qeyri-adi heç nə baş verməyəcək: “Oktyabr gələcək və biz görəcəyik ki, hamı yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak edir... Müxalifət partiyaları parlamentin qəbul etdiyi qanunvericiliyə uyğun olaraq seçkilərdə iştirak edəcəklər. ”.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə hesab edir ki, “Gürcü arzusu”nun əleyhdarları sadəcə olaraq, növbəti seçkilərdə uğursuzluğa düçar olmaqdan qorxurlar. Onun sözlərinə görə, qarşıdan gələn bələdiyyə seçkiləri müxalifətin real vəziyyətini üzə çıxaracaq və iqtidarın üstünlüyünü bir daha təsdiqləyəcək: “Mövcud müxalifətin vəziyyəti hər kəsə bəllidir. Bu seçkilər göstərəcək ki, Gürcüstan cəmiyyətinin böyük əksəriyyəti harada dayanır. Onların seçkidə iştirak etməsi və ya etməməsi bizim üçün əhəmiyyət daşımır. Hər iki halda da, 64 bələdiyyənin hamısında həm meri, həm də icma seçkilərində qələbə bizim olacaq”.

Ölkənin suverenliyi ilə bağlı danışan İrakli Kobaxidze 2021-ci ilə qədər Gürcüstanın ciddi xarici təsir altında olduğunu, xüsusilə, Giorgi Qaxariyanın “dərin dövlət” ilə kompromis nəticəsində Baş nazir təyin edildiyini bildirib: “2021-ci ilin fevralına qədər bizə “dərin dövlət”in agentini Baş nazir postunda saxlamaq tələbi qoyulurdu. Bu bizim suverenliyimizin nə qədər zəif olduğunu göstərirdi. Lakin son 3–4 ildə biz ölkəyə praktiki olaraq keyfiyyətli suverenliyi qaytara bildik”.

Onu da qeyd edək ki, hazırda radikal müxalifət partiyalarının reytinqi aşağı düşüb. Müxalifətə, hər şeydən əvvəl, bələdiyyələrə seçilmək üçün vahid namizədlər lazımdır. Lakin onlar hələ də namizədlərlə bağlı qərar verməyiblər. Bu səbəbdən də onların bu və ya digər bələdiyyələrdə uğur qazanmaq şansı yoxdur.

Onu da qeyd edək ki, əgər müxalifət bütün fikir ayrılıqlarını aradan qaldırmaq üçün özündə güc taparsa, bir araya gələrsə və məsələn, Tiflis merliyinə vahid namizəd seçərsə, o zaman bu namizəd həqiqətən də hakim partiya üçün ciddi təhlükəyə çevrilə bilər.

Amma belə görünür ki, bundan sonra da onlar ortaq qərara gələ bilməyəcəklər. Ona görə də hakim partiya bütün majoritar yerləri alacaq.

Xatırladaq ki, sonuncu bələdiyyə seçkiləri 2021-ci ildə keçirilib. “Gürcü arzusu” partiyası 20 bələdiyyədən 19-da, o cümlədən Tbilisi, Kutaisi, Batumi, Poti və Rustavi şəhərlərində qalib gəlib.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri