Icma.az
close
up
RU
Gürcüstanda əcnəbilərin ev və iş yerlərində axtarış aparılacaq

Gürcüstanda əcnəbilərin ev və iş yerlərində axtarış aparılacaq

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Miqrantlar üçün ağır günlər başladı


Azər Allahverənov: “Soydaşlarımız sərt cəzalardan az təsirlənəcək”


Əcnəbilərin Gürcüstana gəlmə, ölkədə qalma qaydalarını pozması ilə bağlı qanun sərtləşdirilib. Yeni qaydalara əsasən, ölkədən çıxarılma proseduru sadələşdirilir və cərimələrin məbləği də artırılır. Bu gündən qüvvəyə minən qanuna əsasən ölkədə qalma müddətini pozan əcnəbilərə 1000 laridən 3000 lariyədək cərimə tətbiq ediləcək və müəyyən müddət ərzində Gürcüstana girişlərinə qadağa qoyulacaq. Ölkənin “İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliklərə görə, əcnəbilərin ölkədə qanuni qalma müddəti bitdikdən sonra 3 aya qədər ölkədə qalan əcnəbi 1000 lari cərimələnəcək və 6 ay müddətinə ölkəyə girişinə qadağa qoyulacaq. Müddəti 1 ilə qədər aşan şəxslərə 2000 lari cərimə tətbiq olunacaq və 2 il müddətinə ölkəyə girişi qadağan ediləcək. 1 ildən çox qanunsuz olaraq Gürcüstanda qalan şəxslərə isə 3000 lari cərimə və 3 il müddətinə giriş qadağası tətbiq ediləcək. Gürcüstan ərazisində tranzit qaydalarını pozan əcnəbilərə 500 lari cərimə tətbiq ediləcək. Həmçinin əcnəbini qanunsuz əsaslarla dəvət edən və ya xidmət göstərən fiziki və hüquqi şəxslərə xəbərdarlıq və ya 2000 lari cərimə kəsiləcək (əvvəllər bu məbləğ 1000 lari idi). Gürcüstan “Cinayət Məcəlləsi”nə görə isə oktyabrın 1-dən etibarən Gürcüstan ərazisində cinayət törədən əcnəbilərin ölkədən çıxarılması da sadələşdirilib. Qanunla az ağır cinayətlər üçün 2 ildən 10 ilədək müddətə ölkəyə giriş qadağan edilə bilər. Ağır və xüsusilə ağır cinayətlər üçün bu qadağa 5 ildən 20 ilədək və ya müddətsiz ola bilər. Məhkəmə qərarı ilə əcnəbinin ölkədə qalmasının məqsədəuyğun olmadığı müəyyən edilərsə, deportasiya və giriş qadağası tətbiq ediləcək. Ekstradisiya prosesi davam edən hallarda deportasiya həyata keçirilməyəcək. Yalnız həmin şəxsin ekstradisiyanı tələb edən dövlətə göndərilməsi istisna təşkil edir. Xatırladaq ki, bu ilin iyulunda Gürcüstan Parlamenti Daxili İşlər Nazirliyinin hazırladığı “Beynəlxalq müdafiə haqqında” qanunu qəbul edib. Qanun layihəsi ilə yanaşı, miqrasiya, sığınacaq prosedurları və beynəlxalq müdafiə ilə bağlı ümumilikdə 18 qanuna dəyişiklik edilib. Məqsəd qeyri-leqal miqrasiyanın və sığınacaq prosedurlarından sui-istifadənin qarşısını almaqdır. 


Millət vəkili, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, oktyabrın 1-dən etibarən Gürcüstanda qanunsuz miqrantlarla bağlı sərt qaydaların tətbiqinə başlanılır. Eyni zamanda inzibati və cinayət hüquqpozmalarıyla bağlı da qaydalar, cəzalar sərtləşir: 


- Yanaşma bundan ibarətdir ki, hətta xırda inzibati pozuntuya görə də şəxsin ölkədən deportasiyasına və girişinə qadağa qoyulacaq. Şəxsin ölkəyə girişinə 20 il, bəzən hətta ömürlük qadağalar da tətbiq olunacaq. Törətdiyi əməlin ağırlıq dərəcəsinə uyğun olaraq. Həmçinin miqrantların ölkədən çıxarılma qaydaları da sadələşdirilir. Bununla ölkədə əcnəbilər üzərində nəzarət gücləndirilir. Hökumət müvafiq strukturlara əcnəbilərin ev və iş yerlərində axtarış aparılması üçün hüquq verir. Dövlət çalışır qanunsuz miqrasiya üzərində nəzarəti gücləndirsin. Ölkə ərazisində qalmaq hüququndan əcnəbilər sui-istifadə edərsə, icazə verilən müddətdən artıq qalacaqsa, ciddi maliyyə cərimələri tətbiq ediləcək. Bəlli məsələdir ki, qaydaların bu şəkildə sərtləşdirilməsinə sərhəd təhlükəsizliyi, o cümlədən miqrasiya təhlükəsizliyi, xüsusilə də beynəlxalq müstəvidə gedən proseslər öz təsirini göstərir. Gürcüstanda son zamanlar sui-istifadə hallarının artmasını qanunsuz miqrantların sayının artması ilə izah etmək olar. Məhz qanunsuz miqrasiyanın artması sərt qaydaların tətbiqini zəruri edib. 


Tətbiq edilən sərt qaydaların Gürcüstanda yaşayan soydaşlarımıza təsirlərinə gəlincə, A.Allahverənov qeyd etdi ki, cəzaların sərtləşdirilməsindən ən az təsirlənən məhz  azərbaycanlılar olacaq: 

- Gürcüstan ərazisində daimi yaşayan soydaşlarımız bu ölkənin vətəndaşlarıdır. Miqrant deyillər. Ola bilər kiminsə qohumu Gürcüstana səfər etsin, ailənin yaxın üzvləri, doğmaları, qohum-əqrəba ilə görüşsün, yaxud da ticarət məqsədilə ölkəyə qısamüddətli səfər etsin. Bu halda, əlbəttə, onlar da tətbiq edilən mövcud qaydalara riayət etməli olacaqlar. Amma Gürcüstan ərazisində ən az qanunsuz  miqrant məhz bizim soydaşlarımızdır. Ölkə ərazisində qanunsuz yaşayan azərbaycanlılar olsa da, çox az saydadır. Əsasən digər ölkələrdən Gürcüstana gələn miqrantlar çoxluq təşkil edir. Qaydaların sərtləşməsi də qanunsuz miqrasiyanın qarşısını almağa yönəlib. Ona görə də hesab edirəm ki, miqrasiya qaydalarının sərtləşməsi ölkə ərazisində qanuni əsaslarla yaşayan azərbaycanlılar üçün heç bir problem yaratmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri