Icma.az
close
up
RU
Gürcüstanda növbəti “Qızılgül inqilabı” baş verə bilərmi?

Gürcüstanda növbəti “Qızılgül inqilabı” baş verə bilərmi?

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qonşu Gürcüstan nisbi sakitlikdən sonra yenidən siyasi gərginliklə üz-üzə qala bilər. Belə bir gözləntinin gündəmə gəlməsi isə sabiq prezident Mixeil Saakaşvilinin liderliyi ilə 2001-ci ildə qurulan Vahid Milli Hərəkat Partiyasının (VMHP) ölkədə böyük siyasi təlatüm yaratmağa hazırlaşması ilə bağlıdır. Bu günlərdə partiyanın üzvü Ana Tsitlidze açıq bəyanatla çıxış edərək bildirib: “4 oktyabrda bizim tam konstitusion hüququmuz var ki, bu, rus rejimini, hansı ki, bütün konstitusion çərçivələrdən çıxıb, sülh yolu ilə devirək. Məhz “qızılgül inqilabı”nda olduğu kimi - sülh yolu ilə, xalqın birliyi və mübarizəsi ilə”.

İflasa uğrayan əsas müxalifət partiyasının revanşı

VMHP-nın təmsilçilərinin Gürcüstanda yeni inqilab anonsunu iflasa uğrayan əsas müxalifət partiyasının revanşı anlamında qəbul etmək mümkündür. Xatırladaq ki, bu günlərdə Gürcüstan parlamenti Vahid Milli Hərəkat Partiyasının ölkə konstitusiyasına zidd elan edilməsi üçün xüsusi qətnamə qəbul edib. 85 deputat sənədin lehinə səs verib. Bildirilib ki, qətnamə ilə parlamentin müvəqqəti istintaq komissiyasının 2003-2012-ci illərdə hakimiyyətdə olmuş rejimin dövründə törədilmiş cinayət faktlarının yer aldığı 460 səhifəlik hesabatı təsdiqlənib. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının parlamentdəki fraksiyasının rəhbəri İrakli Kirtsxaliya bildirib ki, qətnamənin əsasında VMHP-nin ləğv edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə tutarlı və əsaslı iddia hazırlanacaq. Bu isə Gürcüstanda əsas müxalifət partiyasının sonunun gəlməsi, tamam iflası anlamında qəbul olunur.

Eyni zamanda, VMHP-nın  yeni revanş cəhdinin partiyanı lideri Mixeil Saakaşvilinin həbsə alımasından qaynaqlandığı bildirilir. Məlumdur ki, qonşu ökədə 2012-ci il seçkilərində VMHP böyük dərəcədə etimadsızlıqla üz-üzə qalıb və hakimiyyətə “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası gəlib. Seçkilərin nəticələrinə uyğun olaraq prezident kürsüsündən gedən Mixeil Saakaşvili ölkəni tərk edərək bir müddət xaricdə yaşayıb. Onun Ukraynada yüksək vəzifələrdə fəaliyyəti uğursuz olub. Belə ki, M.Saakaşvili burada bir sıra qalmaqallarla gündəmə gəlib, o, həmçinin cəsusluqda ittiham olunub.

M.Saakaşvili Gürcüstandan getsə də, öz ölkəsində hakimiyyətə gəlmək ambisiyasını heç vaxt gizlətməyib. Bu ambisiyalardan çıxış edərkən o, əsas etibarı ilə iki gücə arxalanırdı. Bunlardan biri Qərb dairələri idi. M.Saakaşvili Gürcüstanda hakimiyyəti dönəmində bağlı olduğu Qərb dairələrinin istəklərini bütünlüklə yerinə yetirmişdi. Buna görə də güman edirdi ki, revanş zamanı həmin dairələr onu daha güclü şəkildə dəstəkləyəcəklər. M.Saakaşvilinin istinad etdiyi digər qüvvə ölkə daxilindəki yenə də Qərbə bağlı olan qeyri-hökumət təşkilatları və onların çoxsaylı üzvləri idi. Əslində, ölkədə güclü bir şəbəkə formalaşmışdı. Xaricdən maliyyələşən bu şəbəkə cəmiyyətə, xüsusilədə gənclərə, tələbələrə nüfuz etmək iqtidarında idi. Onlar hətta ayrı-ayrı məqamlarda milli maraqları arxa plana keçirməkdən beə çəkinmirdilər.

Bu reallıq fonunda ikinci dəfə hakimiyyətə qayıdacağına əmin olan M.Saakaşvil 29 sentyabr 2021-ci ildə gizli şəkildə Gürcüstana gəlib. Lakin xarici təzyiqlərə, vətəndaş cəmiyyətinin təpkilərinə baxmayaraq, “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının iqtidarı qətiyyət göstərdi və M.Saakaşvili oktyabrın 1-də  Tbilisidə saxlanıldı.

Cari ilin mart ayında baş tutan məhkəmə iclasında M.Saakaşvili külli miqdarda dövlət vəsaitini mənimsəmək ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. VMHP-nın təmsilçiləri isə liderin həbsi ilə barışmırlar və onun azadlığa çıxmasına nail olmaqdan ötrü Qərb dairələrinin dəstəyi ilə hakimiyyətə təzyiqlər göstərməyə çalışırlar. Ötən il parlament və prezident seçkiləri ərəfəsində Tbilisidə və regiolarda təşkil olunan permanent etiraz aksiyaları bunun təsdiqidir. Laki açıq-aydın xaricdən idarə olunan etiraz aksiyaları bir nəticə vermədi. Bu dəfə də seçkilərdə “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası inamlı qələbə qazanmaqla yeni hökuməti formalaşdırmağa nail oldu. Həmçinin, birləşmiş müxalifətin pozuculuq əməllərinə rəğmən, ötən il dekabrın 14-də prezident seçkiləri də uğurla baş tutdu. Hazırda M.Saakaşvili Tbilisidə yerləşən həbsxanada saxlanılır və səhhətinin ağır olması ilə bağlı beynəlxalq təşkilatlar dəfələrlə Gürcüstan hakimiyyətinə müraciət etsələr də, sabiq prezidentin azadlığa buraxılması mümkünsüz sayılır. Belə görünür ki, VMHP-nin təmsilçiləri partiyanın iflası və liderin kədərli aqibəti ilə barışmaq istəmirlər və bu səbəbdən də ölkədə yeni inqilab dalğasının anonsunu edirlər.

Cəmiyyət hələ də birinci “Qızılgül inqilabı”nın məyusluğunu yaşayır

Gürcüstanda ilk dəfə “rəngli inqilab” 22 il bundan əvvəl M.Saakaşvilinin təşkilatçılığı ilə baş verib. O və digər gürcü müxalifət liderləri 2003 -cü idə Vahid Millətlər Hərəkatı, Birləşmiş Demokratlar Birliyini, Milli Həmrəylik Birliyini və “Kmara” gənclər hərəkatını prezident Eduard Şevardnadze hökumətinə qarşı bir araya gətirmək üçün “Vahid Xalq İttifaqı” yaradıblar. 2003-cü ilin noyabr ayında proseslər kuliminasiya nöqtəsinə çatıb. Ökədə siyasi böhran yaranıb.Parlamentə noyabrın 2-də keçirilən seçkilərin nəticələri müxalifət partiyaları və xarici müşahidəçilər tərəfindən ciddi etirazla qarşılanıb. Prezident Şevardnadzenin məcburi istefası ilə nəticələnən proseslərdə Vahid Milli Hərəkat və onun tərəfdaşları mərkəzi rol oynayıblar. Noyabrın 22-də yeni parlamentin açılışı zamanı M.Saakaşvilin rəhbərlik etdiyi nümayişçilər əllərində qırmızı güllərlə (hərəkat adını buradan alıb) parlament binasına daxil olublar. Sabiq prezident E.Şevardnadzenin 23 noyabr 2003-cü il tarixli istefa bəyanatı ilə postsovet məkanında ilk “rəngli inqilab” deyilən “Qızılgül inqilabı”nın tam qələbəsi təmin olunub. Budan sonra M.Saakaşvili  5 fevral 2004-cü il prezident seçkilərində birləşmiş müxalifətin namizədi kimi qalib gəlib. Eyni zamanda, Vahid Milli Hərəkat Partiyasının qələbəsi 2008-ci il parlament seçkilərində də (59,1 faiz səs çoxluğu ilə) təmin olunub.

Bəs 22 il ötəndən sora Gürcüstanda yeni “rəngli inqilab” ssenarisi realaşa bilərmi? Bir neçə fundamental amilə istinad etməklə bunun çox zəif ehtimal olduğu fikrini ifadə etmək mümkündür. Əvvəla, aradan iki onillik ötüb. Bu müddətdə insanların şüuru, təfəkkürü, həyata baxışları əhəmiyyətli dərəcədə dəyişib.  Məlumdur ki,  M.Saakaşvili məhz Qərbdən güclü dəstək alan siyasi fiqur kimi Gürcüstan hakimiyyətinə gəlməyə müvəffəq olmuşdu və o, ölkəsinin inteqrasiya siyasətini Aİ-yə yönəltmişdi. Lakin Qərbin ssearisi əsasıda baş tutan “Qızılgül inqilabı” Gürcüstan üçün yaxşı sonluqla nəticələnmədi. Ən böyük məyusluq isə VMHP-nın hakimiyyəti dönəmində Gürcüstanın qonşu Rusiya ilə müharibəyə cəlb olunması və ərazilərinin bir hissəsini de-fakto itirməsi səbəbindən yaşandı.

Gürcüstanda ötənilki parlament və prezident seçkilərinin nəticələri də hazırda bu ölkədə yeni “rəngli inqilab” üçün sosial sifariş olmadığını əyani şəkildə təsdiqləyir. M.Saakaşvilinin populist vədlərinin puça çıxması fonunda “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qurduğu hökumət Gürcüstanın milli maraqlarını önə çəkir və real suverenlik prinsipindən çıxış edir. Baş nazir İrakli Kobaxidze və hökumətin digər yüksəksəviyyəli rəsmiləri dəfələrlə bəyan ediblər ki, Avropaya inteqrasiya milli dövlətə qarşı təzyiq alətinə çevrilməməlidir. Hakim komanda məhz milli maraqlardan çıxış etməklə  iki mühüm qanunun qəbul edilməsinə nail olub. Onlardan biri “Xarici təsirin şəffaflığı haqqında” qanundur. Bu qanunun qəbul edilməsində əsas məqsəd Gürcüstan cəmiyyətini qərəzli xarici təsirlərdən xilas etmək, gənclərin potensialını milli maraqların qorunmasına, dövlətçiliyin möhkəmlənməsinə yönəltməkdir. Haqqında bəhs olunan digər qanun isə ənənələrin, ailə dəyərlərinin qorunmasına hesablanıb. Bu qanunlar böyük dərəcədə gürcü xalqının arzu və istəkləri ilə üst-üstə düşür. Birləşmiş müxalifətin ötənilki parlament və prezident seçkilərini baykot etmək çağırışlarının iflasa uğraması da məhz bu məqamla bağlıdır.

Qeyd olunan reallıqlar fonunda Gürcüstanda yeni “rəngli inqilab”a çağırış absurddur. Axı ölkə hələ də birinci “rəngli inqilab”ın məyusluğundan tam qurtula bilməyib...

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Sentyabr 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see137

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see136

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri