Gürcüstanda prezident seçkiləri keçirilir
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Gürcüstan parlamentində prezident seçkisi başlayıb.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, səsvermə 14:00-a qədər davam edəcək.
İclas zalında artıq səsvermə üçün xüsusi seçki qutuları quraşdırılıb.
Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək. İlk turda səslərin üçdə ikisini qazanan namizəd qalib gəlmiş hesab olunacaq.
Gürcüstan prezidentliyinə yeganə namizəd isə deputat, Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu Mixail Kavelaşvilidir.
Baxış sayı:74
Bu xəbər 14 Dekabr 2024 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















