Icma.az
close
up
RU
Gürcüstanda “rəngli inqilab” ssenariləri...

Gürcüstanda “rəngli inqilab” ssenariləri...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ayrı-ayrı beynəlxalq təşkilatlar güc mərkəzləri tərəfindən milli dövlətlərə qarşı təzyiq aləti qismində istifadə olunur. Ötən ilin yanvar ayında Ağ Evdə administrasiya dəyişikliyindən sonra USAID-in təhlükəli və dağıdıcı fəaliyyətinin ifşa olunması ilə bu məsələ bütün ciddiliyi ilə yenidən gündəmə gəlib.  Dəhşətli faktlar üzə çıxır. Güc mərkəzlərinin çirkin məqsədlərlə yaratdıqları USAID kimi qurumlar humanitar yardım missiyaları adı altında ayrı-ayrı ölkələrdə şəbəkələr yaradırlar, ianələr, qrantlar müqabilində cəmiyyətlərə nüfuz etməklə onları ələ alırlar və inqilab ssenariləri hazırlayırlar. Xalqların lidersizləşdirilməsi, sabitliyin pozulması, milli dəyərlərin aşınması təhlükəli planların aparıcı istiqamətlərini təşkil edir. Bu yolla ələbaxan, milli maraqları qorumağa qadir olmayan oyuncaq dövlətlər qurulur.

Qonşu və dost Gürcüstanın kədərli nümunəsi

Milli dövlətlərə qarşı yönələn “rəngli inqilab” senarilərindən bəhs edərkən qonşu və dost Gürcüstanın kədərli nümunəsi göz önünə gəlir. Sabiq prezident M.Saakaşvili məhz Qərbdən güclü dəstək alan siyasi fiqur kimi Gürcüstan hakimiyyətinə gəlməyə müvəffəq oldu və o, ölkəsinin inteqrasiya siyasətini Aİ-yə yönəltdi. Onun hakimiyyəti illərində münasibətlərin gərginləşməsi hətta Gürcüstanın Rusiya ilə qısamüddətli müharibəyə qoşulmasınadək uzandı. Ən kədərli nəticə isə ondan ibarət oldu ki, ölkə ərazilərinin bir hissəsini itirdi.

Sonrakı mərhələdə M.Saakaşvili hakimiyyətinin ömrünü uzatmağa müvəffəq olmadı. Bununla belə, Qərb bloku hakimiyyət dəyişikliyi baş verən Gürcüstanı yenə də öz orbitində saxlamaq cəhdlərindən vaz keçməyib. Müxtəlif şirnikləndirici vədlərlə ölkənin Qərbə inteqrasiyasına cəhdlər göstərilir. Ayrılan böyük həcmələrdə maliyyə vəsaitinin nəticəsi olaraq Qərbə bağlı qeyri-hökumət təsisatlarının sayı yağışdan sonra göbələk kimi artıb. Bu məkrli planlar ötən il Gürcüstanda iki mühüm qanunun qəbul olunması fonunda bütün cəhətləri özünü büruzə verdi. Həmin qanunlardan biri “Xarici təsirin şəffaflığı haqqında” qanundur. Gürcüstan hakimiyyəti bu qanunun qəbul olunmasını ölkənin milli maraqlarının qorunması zərurəti ilə əlaqələndirir. Qanunda xaricdən maliyyələşən müvafiq təsisatlara nəzarət mexanizmi nəzərdə tutulur. Qərb isə bunu is başqa izahlar altıında təqdim edir. Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, oxşar qanunlar həmçinin Fransada, ABŞ-də və digər ölkələrdə də qəbul olunub.

Qərb dairələri həmçinin Gürcüstan parlamentinin ötən il sentyabr ayının 17-də qəbul etdiyi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanuna münasibətdə də eyni kontekstdən çıxış edirlər. Onlar hesab edirlər ki, bu qanun “mətbuat və ifadə azadlığına ziddir”.

Bəhs olunan reallıqlar fonunda Gürcüstanda ötən il parlament və prezident seçkiləri ciddi ajiotajla müşayiət olundu. Qərb təsisatlarına maliyyə bağlılığı olan vətəndaş cəmiyyəti institutları, müxalifət partiyaları, hakimiyyətin müəyyən qolları seçkiləri pozmağa çoxsaylı cəhdlər göstərdilər. Hazırda isə eyni qüvvələr ölkədə yeni parlament seçkilərinə çağırşlar edirlər. Avropa Parlamenti isə seçkilərin saxtalaşdırldığını ehtiva edən qərəzli qətnamə qəbul edib. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanın nümayəndə heyətinin mandatının təsdiqlənməsi müqabilində yeni seçkilər keçirilməsinin zəruriliyini şərt kimi irəli sürüb və s.

Bütün bunlar gürcü xalqının seçiminə hörmət bəsləməmək anlamında qəbul olunur.  Gürcüstan Prezidenti Mixail Kavelaşvili XI çağırış parlamentin yaz sessiyasının açılışında bildirib ki, gürcü xalqı keçirilmiş parlament seçkilərində öz seçimini edərək, sülh və inkişaf yolunu seçib. Bununla belə, son illərdə respublika Avropa tərəfdaşları tərəfindən ədalətsiz hücumlara məruz qalıb.

USAID-in seçkiləri pozmaq cəhdi

İndiyədək 100-dən çox ölkədə fəaliyyət göstərən USAID 50 milyard dollardan çox büdcəyə malik olub. Qurum dünyada, o cümlədən də postsovet məkanında müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışması, inqilablara sponsorluq etməsi ilə tanınır. Tbilisinin son açıqlamaları da bunu rəsmən təsdiqləyib. “USAID Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, hələ də düzəldilməyən bəzi ciddi səhvlərə yol verib”. Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “X” də USAID-in ölkədəki fəaliyyəti ilə bağlı tənqidi paylaşımında qeyd edib.

Gürcüstan parlamentinin sədri sosial şəbəkə hesabında USAID ilə bağlı daha bir ifşaedici faktı da açıqlayıb. Gürcüstanın qeyri-hökumət təşkilatları 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 41 milyon dollardan çox vəsait alıblar. Parlamentin sədri seçkiləri müntəzəm olaraq pozmağa çalışan təşkilatlara on milyonlarla dolların necə ayrıldığına aydınlıq gətirilməsini tələb edib. Sitat: “Başqa bir ölkədə seçkilərə 41,7 milyon dollar xərcləyib həmin ölkənin əhalisi qarşısında heç bir məsuliyyət hiss etməmək mümkün deyil”.

Baş nazir İrakli Kobaxidze də USAID-i sabitliyi pozan təşkilatları maliyyələşdirməkdə günahlandırıb. USAID tərəfindən tez-tez maliyyələşdirilən Gürcüstan QHT-ləri ölkədə vəziyyəti gərginləşdirmək cəhdlərinə cəlb olunub, təşkilatın maliyyələşdirdiyi “Beynəlxalq Ədalətli Seçkilər və Demokratik Cəmiyyət”in (ISFED) pozucu fəaliyyətini nümunə gətirib.

Hakimiyyət hərəkətə keçib

Milli maraqların qorunmasında israrlı mövqe sərgiləyən Gürcüstan hakimiyyəti xarici qüvvələr tərəfindən sabitliyin pozulması cəhdlərinə qarşı hərəkətə keçib.  Artıq ölkədə dövlət qulluqçularına xarici mənbələrdən maliyyə dəstəyi məhdudlaşdırılır. Bu barədə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib. Onun sözlərinə görə, müvafiq qurum rəhbərinin razılığı olmadan, dövlət qulluqçuları xarici mənbələrdən maddi vəsait ala bilməyəcəklər.

Eyni zamanda, Gürcüstanın Baş Prokurorluğunun istintaq şöbəsində sabotaj cəhdi və Gürcüstanın dövlət maraqlarına zərər vermək məqsədilə xarici təşkilatlar və xarici nəzarət altındakı təşkilatlar üçün düşmən fəaliyyətinə yardım etmək faktları üzrə istintaq başladılıb.

Baş Prokurorluq tərəfindən yayılan  məlumatda qeyd edilib ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin birinci bəndi, 19,318-ci maddəsinin ikinci bəndi və 319-cu maddəsi ilə aparılır ki, bu da 5 ildən 10 ilə qədər və 7 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Məlumata görə, cinayət işi üzrə istintaqa başlanılması, ictimai hərəkat “Birləşmiş Neytral Gürcüstan” nümayəndələrinin Gürcüstan Baş Prokurorluğuna təqdim etdiyi müraciətə əsaslanır.

MÜBARİZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Fevral 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri