Gürcüstanda sərnişin qatarında vaqon yanıb
Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanın Oqurgeti şəhərindən Tbilisiyə doğru hərəkət edən qatar vaqonunda yanğın baş verib, bundan sonra sərnişinlər təxliyə edilib.
Bu barədə Gürcüstan Dəmir Yolunun mətbuat xidməti məlumat yayıb.
“Hadisə nəticəsində xəsarət alan olmayıb, sərnişinlər vaxtında təxliyə edilib”, - Facebook sosial şəbəkəsində yayılan məlumatda deyilir.
Hadisənin Qomi-Ağara keçidində baş verdiyi bildirilir. Təxliyə edilən sərnişinlərin daşınması üçün əlavə qatar göndərilib. Yanğının başvermə səbəbləri araşdırılır.
Mövsüm
Aznews.az

Gürcüstanda sərnişin qatarında yanğın olub
25 Aprel 2025 16:13
Sərnişin qatarında yanğın olub FOTO
25 Aprel 2025 22:13
Gürcüstanda mədəni irs siyahısında olan məscid yanıb
04 Mart 2025 12:06
Gürcüstanda vəziyyət...
29 Noyabr 2024 08:31
Gürcüstanda qarşıdurma
11 Dekabr 2024 14:39

