Icma.az
close
up
RU
Статья не опубликована
Hikmət Sabiroğlunun məhkəmə ifadəsinə sözardı: ermənilər niyə peşiman ola bilmir?

Hikmət Sabiroğlunun məhkəmə ifadəsinə sözardı: ermənilər niyə peşiman ola bilmir?

Aznews.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Şuşa koloritini ictimai yaddaşımıza niskilli bir qələmlə həkk edən Hikmət Sabiroğlunun Bakı Hərbi Məhkəməsində zərəçəkmiş kimi verdiyi ifadəni doluxsunmadan oxumaq mümkün deyil. Dünən bütün günü sadə azərbaycanlılar, qarabağlılar, şuşalılar adına erməni seperatçılarının üzünə çırpılan o ifadədəki “sizi bağışlamıram” hiddətinin arxasındakı faciələrimizi xatırladım. Axşam dəyərli həmkarım, şəhid övladı Zaur Əhməd bir məqalə yazdı. Bu yazı da məni tutdu.

Bəli, bizim- təkcə Qarabağ camaatından getmir söhbət,- bütün azərbaycanlıların erməniləri bağışlamamağa həddən çox əsasımız var. İşğaldan azad olunandan bəri dədə-baba yurduma- Laçının Qarıqışlaq kəndinə 7-8 dəfə getmişəm. O qonaq-qaralı kənddə bircə salamat qaraltı qalmayıb. Dağıdılan hər ev bir yox, bir neçə insanın, nəslin ömrü, güzəranıdır.

Ömrümüzü, günümüzü, güzəranımızı işğal etmiş ermənilər sonda nə qazandı?

Məncə, Hikmətin Xankəndidəki qondarma rejimin Ermənistandan (və təkcə Ermənistandan yox) marionet kimi idarə olunan “lider”lərinə ünvanladığı bu sual kifayət qədər sərrastdır. Qukasyanın, Saakyanın, Arutyunyanın, İşxanyanın aqibəti məlum, Bakıda mühakimə olunurlar. Bəs, İrəvandakılar? Hər gün İrəvan mediasını izləyir, Bakıda mühakimə olunanların Ermənistanda hansı arqumentlərlə müdafiə olunduğu görəndə bir daha öz-özümə deyirəm: Yox, bu zehniyyəti əsla bağışlamaq olmaz!

Qarabağda “Yallı” gedən Nikol Paşinyanın “sülh göyərçini”nə dönməsi siyasi möhtəkirlikdən başqa bir şey deyil, İkinci Qarabağ Savaşında verdiyimiz 3 min şəhidimizin qanı onun boynundadır. Erməni cəmiyyətində Nikol “Qarabağ Ermənistandır və nöqtə” dediyinə, yaxud Qarabağı müharibəsiz, sülh danışıqları çərçivində qansız-qadasız Azərbaycana qaytardığına görə ittiham olunmur, savaşı uduzduğuna, başqa bir dövlətin ərazisini daha bir müddət işğalda saxlamadığına görə suçlanır. Bu, tarixi və ictimai şüur problemlərindən az-çox baş çıxaran hər kəs üçün mühüm göstəricidir.

Məsuliyyətli və rasional düşüncə sövq edir ki, ermənilər peşiman olsun, Azərbaycandan üzr istəsin, gələcəkdə qonşuluq şəraitində yaşamaq üçün yollar arasın. Amma Ermənistan cəmiyyətində belə bir tendensiya hiss olunmur.

Halbuki, ermənilərin qarşımızda peşiman olması üçün çox səbəb var.

Əvvəla, insan faktoru nöqteyi-nəzərindən. Ermənistan gənc və passionar seqmentinin böyük bir hissəsini müharibələrdə itirib, nəticədə demoqrafik problemlərlə üzləşib, sosial parçalanmaya yuvarlanıb.

İkincisi, münaqişə Ermənistana böyük iqtisadi zərərlər vurub. Qarabağ təcavüzü nəticəsində Ermənistanın regional inteqrasiyası məhdudlaşıb və iqtisadi inkişafı əngəllənib.

Üçüncüsü, Ermənistanın təcavüzkar siyasəti beynəlxalq arenada rəsmi İrəvanı təcrid vəziyyətinə salıb. Təsadüfü deyil ki, İkinci Qarabağ Savaşında dünyanın heç bir ölkəsi Qarabağın Azərbaycan torpağı olmasını danmadı.

Dördüncüsü, yeni Qarabağ Savaşında Azərbaycanın qələbə qazanması labüd və görünən idi. Ərazi iddialarının son nəticədə həyata keçməməsi Ermənistanı strateji baxımdan qalib Azərbaycan qarşısında çarəsiz qoyur.

Beşincisi, Qarabağ münaqişəsi zəminində Azərbaycandan köçmüş ermənilər Bakı, Sumqayıt, Gəncə və digər yüksək gəlirli şəhərləri tərk etməklə həm maddi, həm də mühit baxımından çox şey itiriblər.

Altıncısı, Ermənistandan azərbaycanlıların zorla qovulması, Qarabağda azərbaycanlı mülki əhalinin məcburi köçkün düşməsi və bu kontekstdə insan haqlarının pozulması ilə bağlı faktlar erməniçiliyi sorğulamağa ciddi əsaslar yaradır. Xocalı, Ağdam, Şuşa və digər işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər bu etnosu çağdaş hesab etməyə, sadəcə olaraq, imkan vermir.

Nəhayət, İkinci Qarabağ Savaşından keçən 5 il ərzində erməni cəmiyyəti Cənubi Qafqazda sülhün əhəmiyyətini başa düşməyə çox ciddi çətinlik çəkir.

Nədir bu qanmazlığı yaradan?

Səbəblərdən ilki Ermənistanın dövlət ideologiyasının və milli kimliyinin “müqəddəs ərazilər” və “soyqırım” narrativləri üzərində qurulmasıdır. Bu, erməni cəmiyyətində o cümlədən Qarabağ məsələsi ilə bağlı total inanca dönmüş miflər yaradıb.

Digər nədən Ermənistan heç zaman Qarabağ məsələsini rasional və obyektiv müzakirə etməyib, təcavüzkar siyasətin səbəbləri və nəticələrini soyuqqanlı şəkildə qiymətləndirməyib. Assimmetrik təbliğata uyublar və indi “Zəhərli ağac”ın zəhərli meyvələrini yeməyə məcburdurlar. Elə buna görə də Azərbaycanın Qarabağı işğaldan azad etməsi Ermənistanda siyasi böhran və ağır qarşılıqlı ittihamlar yaradır.

Belə bir cəmiyyətdən Ovannes Kaçaznuni kimi bir lider çıxması, çıxıb da vaxtilə “daşnakların edə biləcəyi heç nə yoxdur” deyən baş nazirləri kimi “Azərbaycana qarşı savaşmaq axmaqlıq idi, barı bundan sonra ağıllı olaq” qəbilindən mesajlar verəcəyi müşkül məsələdir.

Bu müşkülatı aşmaq erməni cəmiyyəti üçün həyati məsələ olsa da, sadə məsələ deyil. Mifləri, təkəbbürləri, xarakterləri yol vermir. Kilsə və diaspora Azərbaycana, Türkə nifrət bəsləməyən erməninin qanını içməyə hazır görsənir. Fəqət bu səbəb-nəticə əlaqələrinin olduqca mühüm bir həlqəsi var ki, onun üzərində dayanmağa xüsusi ehtiyac var. Erməni üçün ən böyük kabus keçmişlə üzləşməkdir! İsus Xristosun zühurundan sonra Van gölü ətrafında kilsə icması kimi formalaşan bu toplum heç bir dövlət identifikasiyasına malik olmadığı üçün bu gün özlərinə məxsus saydıqları hər şeyi digər xalqlardan oğurlayıblar. Amerikan yazıçısı Fultan Ourslerin təbirincə desək, dünənə aid boşluq və sabaha dair təşviş içində öz oğru aləmlərində yeni planlar cızırlar. Yenə daşnak zehniyyəti ilə! Ermənilər niyə Kaçaznuninin xəbərdarlığına məhəl qoymayaraq dönə-dönə daşnak zehniyyətinin təsiri altına düşürlər? Problemin kökündə ermənilərin milli natamamlıq kompleksi dayanır. Məhz bu kompleksin fəsadıdır ki, heç bir erməni özünü “müqəddəs qurban” obrazından kənarda təsəvvür edə bilmir. Elə Bakı məhkəməsində mühakimə olunanlar da. Hikmət Sabiroğlunun məhkəmədəki ifadəsinə “sakitcə” qulaq asmaları da bunun təzahürüdür. “Bəzilərinə sözüm vardı. Demədim. Sənə meydan oxumuşu qəfəsdə görüb dayanırsan”- yazır Sabiroğlu.

Bu mövqe bizim milli ləyaqətimizin, ədalətimizin, haqqaniyyətimizin hikmətidir, əslində.

Taleh ŞAHSUVARLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 26 Aprel 2025 05:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see217

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see205

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see181

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see174

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see164

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see158

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see146

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see133

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri