Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tbilisidə “Avropanın intibahı təməlləri və Gürcüstanda xristianlığın 1700 illiyi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransın açılış mərasimində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, Bütün Gürcüstanın Katolikos-Patriarxı Şio III və Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili çıxış edərək iştirakçıları salamlayıblar.
Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov konfransda məruzə ilə çıxış edib. Müsəlman ölkələrindən yeganə məruzəçi olan akademik çıxışında müasir dünyada mənəvi dəyərlərin qorunması, cəmiyyətin əsas dayaqlarından biri olan ailə institutunun önəmi, milli-mənəvi irsin və dinlərarası həmrəyliyin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Akademik vurğulayıb ki, sürətlə dəyişən dünyada fundamental mənəvi dəyərlər öz əhəmiyyətini qoruyur. Alimin sözlərinə görə, sağlam ailə cəmiyyətin və dövlətin əsasını təşkil edir, milli-mənəvi dəyərlər isə xalqların tarixi yaddaşını və kimliyini yaşadan mühüm dayaqlardır: “Bu məsələlər süni intellekt epoxasına qədəm qoyulan indiki dövrdə daha da aktuallaşır. İnsanı və cəmiyyəti qorumaq üçün yeni düsturlar axtarmaqdansa, minilliklər ərzində formalaşmış mənəvi prinsiplərə yenidən müraciət etmək lazımdır”.
Alim Azərbaycanda tarixən formalaşmış dini tolerantlıq ənənələrinə diqqət çəkərək İçərişəhərdə müxtəlif dinlərə məxsus abidələrin əsrlər boyu yanaşı mövcudluğunu bu ənənənin bariz nümunəsi kimi göstərib. Qeyd edib ki, tolerantlıq inzibati yollarla formalaşdırıla bilməz, bunun üçün əsrlər boyu davam edən mənəvi və mədəni ənənə lazımdır.
Natiq, həmçinin dinlər və mədəniyyətlər arasında dialoqun qorunmasının vacibliyini vurğulayıb, müxtəlif xalqların ortaq dəyərlər ətrafında əməkdaşlığının müasir dünyada qarşıdurmaların qarşısının alınmasına töhfə verə biləcəyini bildirib. Muzey direktoru çıxışının sonunda Tbilisidə keçirilən beynəlxalq konfransın da müxtəlif dini və mədəni ənənələrin nümayəndələrinin fikir mübadiləsi aparması baxımından bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:318
Bu xəbər 09 Oktyabr 2026 01:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















