Icma.az
close
up
RU
Gürcüstandan deportasiya sadələşir, sığınacaq almaq çətinləşir Hökumət qanunlara yenidən “əl gəzir”

Gürcüstandan deportasiya sadələşir, sığınacaq almaq çətinləşir Hökumət qanunlara yenidən “əl gəzir”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Gürcüstan Daxili İşlər Nazirliyi "qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni gücləndirmək və beynəlxalq müdafiənin təmin edilməsi qaydalarını təkmilləşdirmək üçün" qanunvericiliyə düzəlişlər paketi hazırlayıb. Nazirlik bildirib ki, artıq müvafiq təşəbbüslə Gürcüstan parlamentinə müraciət olunub.

Dəyişikliklər təsdiqlənərsə, xüsusilə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təsir edəcək. Nazirliyin verdiyi məlumata görə, "Beynəlxalq müdafiə haqqında" adı altında təqdim olunan bu qanunvericilik dəyişiklikləri paketi Avropa Parlamenti və Avropa Şurasının direktivlərinə uyğun olaraq hazırlanıb.

Dəyişikliklərə görə, həm Cinayət Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə xarici vətəndaşın Gürcüstandan çıxarılması və müəyyən müddət ərzində Gürcüstana girişinə qadağa qoyulması ilə bağlı cəza növü əlavə olunacaq. Təqdim olunan yeni qanunvericilik paketində Gürcüstanda qalma qaydalarını pozan əcnəbilərin cərimələrinin artırılması da nəzərdə tutulur. Həmçinin, ölkədə qeyri-qanuni yaşayan əcnəbilərin deportasiya proseduru xeyli sadələşdirilir.

Bundan əlavə, dəyişikliklərə görə, "sui-istifadə hallarının qarşısını almaq üçün" ölkəyə daxil olduqdan sonra bir ay ərzində sığınacaq üçün müraciət etməyən xarici vətəndaşların ərizələrinin sürətləndirilmiş qaydada baxılması proseduru tətbiq olunacaq. Yeni mexanizmə əsasən, əgər xarici vətəndaşın ölkəyə girişi dövlət təhlükəsizliyi üçün təhdid yaradırsa, onun sığınacaq məsələsi Gürcüstanın dövlət sərhədində araşdırılacaq və həmin şəxsin ölkə ərazisinə buraxılmasına icazə verilməyəcək.

Eyni zamanda, sığınacaq verilməsi ilə bağlı müraciətlərin baxılması və apellyasiya müddətləri əhəmiyyətli dərəcədə qısaldılacaq. Qərarların verilməsinin sadələşdirilmiş (elektron) proseduru tətbiq olunacaq ki, bu da apellyasiya şikayətinə baxılma müddətinə nəzarəti xeyli asanlaşdıracaq.

Bundan başqa, Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, ölkədən çıxarılması məsələsi araşdırılan və ya çıxarılması barədə qərar qəbul edilmiş xarici vətəndaşa yaşayış icazəsinin verilməsi məhdudlaşdırılacaq.

Son aylarda Avropa ölkələrindən gələn xarici vətəndaşlar, xüsusilə insan haqları müdafiəçiləri və jurnalistlər Gürcüstan sərhədini keçərkən çətinliklərlə üzləşirlər. Rusiya, Belarus və Azərbaycan vətəndaşları olan jurnalistlərin və fəalların da Gürcüstana girişində problemlər mövcuddur.

Sərhəd nəzarətinə cavabdeh olan Daxili İşlər Nazirliyi, neçə nəfərin və hansı ölkə vətəndaşlarının Gürcüstana buraxılmaması ilə bağlı statistik məlumat yaymır. Yeganə statistik məlumat Gürcüstandan qovulan əcnəbilərlə bağlıdır və bu məlumatlara görə, təkcə mart ayında 97 əcnəbi Gürcüstandan çıxarılıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri