Gürcüstanın Aİ yə gedən yolu yoxdur Kaya Kallas
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstan vətəndaşları üçün çox vacib bir mesajım var, xüsusən də hökumətləri ölkənin Avropa Birliyinə doğru irəlilədiyini söylədiyi bir vaxtda.
"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının ali komissarı Marta Kos genişlənmə hesabatının təqdimatı zamanı deyib.
O, Gürcüstan hakimiyyətinə müraciət edib: "Hörmətli Gürcüstan hökuməti, siz xalqınızı Aİ-yə yaxınlaşdırmırsınız, əksinə, daha da uzaqlaşdırırsınız. Əgər Aİ üzvlüyü ilə bağlı həqiqətən ciddisinizsə, xalqınızı dinləyin və sizdən fərqli olan müxalifət liderlərini, jurnalistləri və insanları həbs etməyi dayandırın, onda biz danışa biləcəyik".
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas öz növbəsində bildirib ki, Gürcüstan Avropaya inteqrasiya prosesində geriləyiş əldə edən yeganə namizəd ölkədir: "Bu mərhələdə şərtlər kəskin şəkildə dəyişməsə, Gürcüstanın Aİ üzvlüyünə gedən yolu yoxdur".
Onun sözlərinə görə, Gürcüstan hazırda yalnız adı ilə namizəd ölkə hesab olunur.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 05 Noyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















