Icma.az
close
up
RU
Gürcüstanın müxalifət partiyası paytaxtın Tbilisidən Kutaisiyə köçürülməsini təklif edir

Gürcüstanın müxalifət partiyası paytaxtın Tbilisidən Kutaisiyə köçürülməsini təklif edir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisi, 18 avqust, AZƏRTAC

Gürcüstanın müxalif “Girçi” partiyası yerli seçkilər öncəsi paytaxtın Tbilisidən Kutaisiyə köçürülməsi ideyasını nəzərdən keçirir və bu təşəbbüsü yaxın günlərdə ictimaiyyətin müzakirəsinə təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, bunu partiyanın liderlərindən biri Yaqo Xviçia bildirib.

“Biz hazırda paytaxtın Tbilisidən Kutaisiyə köçürülməsi ideyasını sınaqdan keçiririk və ictimaiyyətin, xüsusən də Kutaisi sakinlərinin reaksiyasını gözləyirik. Əgər biz paytaxtın Kutaisiyə köçürülməsinə real maraq görsək, seçki strategiyamızı tamamilə dəyişəcəyik və Kutaisi seçki kampaniyasının mühüm mərkəzinə çevriləcək”, - deyə Xviçia bildirib.

Qeyd edək ki, Gürcüstanda yerli seçkilər (şəhər merləri və yerli məşvərət orqanlarının (sakrebulo) müavinləri və bələdiyyə üzvləri) oktyabrın 4-də keçiriləcək. Seçki kampaniyası avqustun 5-dən başlayıb. Avqustun 14-nə olan məlumata görə, Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün ümumilikdə 14 partiyanı qeydə alıb.

Yaqo Xviçia özü bu seçkilərdə Kutaisi merliyinə namizəd olmaq niyyətindədir.

Məlumat üçün bildirək ki, Kutaisi Gürcüstanın ən qədim şəhərlərindən biridir. Qərbi Gürcüstanın ən mühüm tarixi və iqtisadi mərkəzi, İmereti bölgəsinin inzibati mərkəzidir. Gürcüstanda əhalisinə görə Tbilisi və Batumidən sonra üçüncü, lakin ərazisinə görə ikinci şəhərdir. 978-ci ildə kral III Baqrat Gürcüstan Krallığının paytaxtını Kutaisiyə köçürüb. Həmin vaxtdan 1122-ci ilə qədər Kutaisi Gürcüstan Krallığının paytaxtı olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri