Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir M.Botçorişvili dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı diləklərini çatdırıb, dost Azərbaycan xalqına səbir diləyib. Bu faciəvi gündə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov başsağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəstəyə görə dost Gürcüstan tərəfinə təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 26 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















